Arxiv
16 Dekabr 2019, 13:28 | ÖLKƏ
Seçkiləri saxtalaşdıranları bu cəzalar gözləyir - həbs, cərimə, küçə süpürmək..

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Bunun ardınca isə fevral ayının 9-da parlament seçkiləri gözlənilir. Hər iki seçkidə iştirakla bağlı hüquqi qanunvericilik mövcuddur. Seçkilərdə saxtalaşdırma, qayda pozuntularına görə də sanksiyalar müəyyən edilib.

 

Bu barədə Modern.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Cinayət məcəlləsində seçkilərin saxtalaşdırılması ilə bağlı ayrıca müddəalar mövcuddur. Onun sözlərinə görə, aydın şəkildə məsuliyyət nəzərdə tutulub və hətta ağır cəza kimi azadlıqdan məhrumetmə də sanksiyalar siyahısına daxildir:

 

“Cinayət Məcəlləsinin 159-cu maddəsinə görə, namizədlərin, partiyaların, siyasi bloklarının seçki kampaniyalarına müdaxilə etmə və ya onu pozma cəhdlərinə görə, iki min manatdan dörd min manatadək cərimə, yaxud dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək  azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olmağa görə isə üç min manatdan altı min manatadək cərimə, dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər nəzərdə tutulur. Həmçinin bu müddəada bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılma mövcuddur.

Seçkilərdə əsas məsuliyyət müşahidəçilərin və nümayəndələrin üzərinə düşdüyünə görə, başqalarının əvəzinə səs verilməsinə şərait yaratmaq ciddi qanun pozuntusudur. Bu cinayət üç min manatdan altı min manatadək cərimə, iki ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Ə.Nuriyev onu da qeyd edib ki, seçki  komissiyalarının işinə müdaxiləyə görə də cəza nəzərdə tutulub. Onun sözlərinə görə, bu qanun pozuntusu iki min manatdan üç min manatadək cərimə, üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək islah işləri ilə cəzalandırılır:

 

“Eyni hərəkətlər ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə daha ağır cəzalar tətbiq edilir. Bu cinayət əməlləri dörd min manatdan yeddi min manatadək cərimə, iki ilədək islah işləri ilə cəzalandırılır. Qanun pozuntusunun daha ağır forması baş verərsə, üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Nəhayət, seçki  sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma maddəsi də Cinayət Məcəlləsində aydın göstərilir. Ə.Nuriyev söyləyib ki, bu maddəyə görə, iki min beş yüz manatdan beş min manatadək cərimə və ya iki ilədək islah işləri nəzərdə tutulub:

 

“Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması isə iki min beş yüz manatdan beş min manatadək cərimə və ya bir ilədək islah işləri ilə cəzalandırılır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda avtomobil iki şagirdi vurdu - FOTO, VİDEO 24 Yanvar 2020, 01:03 Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb 24 Yanvar 2020, 00:49 Dəhşətli virus daha üç ölkədə aşkarlandı 24 Yanvar 2020, 00:32 Bakıda Hindistanın milli bayramı qeyd edilib 23 Yanvar 2020, 23:57 2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR 23 Yanvar 2020, 23:42 ABŞ İrana qarşı sanksiyalarını genişləndirib 23 Yanvar 2020, 23:26 Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik etdi - VİDEO 23 Yanvar 2020, 23:11 Ziyad Səmədzadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 22:56 Azay Quliyev 6-cı mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 23 Yanvar 2020, 22:45 Hicran Hüseynovanın seçicilərlə növbəti uğurlu görüşü - FOTOLAR 23 Yanvar 2020, 22:30 Virusdan ölənlərin sayı 18 nəfərə çatıb 23 Yanvar 2020, 22:14 Böyük Bəhmənli sakinlərindən Vüqar Bayramova yüksək etimad - FOTOLAR 23 Yanvar 2020, 21:56 Restoranda içkili vəziyyətdə dava salan nazir 23 Yanvar 2020, 21:41 Qaxda 17 yaşlı oğlan dəm qazından boğuldu 23 Yanvar 2020, 21:28 Vilayət Eyvazovdan yeni TƏYİNAT 23 Yanvar 2020, 21:17 Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 21:01 ABŞ-ın vitse-prezidenti dünyanı İrana qarşı çağırdı 23 Yanvar 2020, 20:37 “Xəşəxuna”ya qaz verildi 23 Yanvar 2020, 20:18 Kraliça “Brexit” sazişini təsdiqlədi 23 Yanvar 2020, 20:01 Robotlar xəritəsiz hərəkət edəcək: ŞOK ixtira 23 Yanvar 2020, 19:48 İqbal Məmmədov seçiciləri ilə fərdi söhbət etdi - FOTO 23 Yanvar 2020, 19:39 Ceyhun Məmmədov Şüvəlanda məcburi köçkünlərlə görüşüb - FOTO 23 Yanvar 2020, 19:30 Azərbaycanda bədbəxt hadisə: 3 nəfəri "tok" vurdu 23 Yanvar 2020, 19:22 XİN: “Ermənistan uydurma təbliğat aparır” 23 Yanvar 2020, 19:15 Tələbələr arasında vətənpərvərliklə bağlı müsabiqə elan olundu 23 Yanvar 2020, 19:07 Azər Kərimli Qaxda gənclərlə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 18:59 Avtovağzalda oxu məntəqələri yaradıldı - FOTO 23 Yanvar 2020, 18:50 İcra başçısı hesabatı dinlədi - FOTO 23 Yanvar 2020, 18:42 Xarici Kitabxana ilə əməkdaşlıq - FOTO 23 Yanvar 2020, 18:34 Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb  23 Yanvar 2020, 18:28 Hadi Rəcəbli 9 kənddə görüşlər keçirib - FOTO 23 Yanvar 2020, 18:21 Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına BAŞLADI 23 Yanvar 2020, 18:14 Namizədliyini geri götürən Mais Səfərli: “Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” 23 Yanvar 2020, 18:07 Prezident İlham Əliyev tanınmış həkimlə bağlı sərəncam verdi 23 Yanvar 2020, 18:00 Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI 23 Yanvar 2020, 17:53
SORĞU Yeni parlamentdə kimlər olsun?