Modern.az

«Şərq» qəzetindən yenilik

«Şərq» qəzetindən yenilik

Aktual

16 Mart 2012, 21:06

«Şərq» qəzeti bu gündən etibarən hər həftənin şənbə günü oxucularının görüşünə «Söz odası» adlı ədəbiyyat əlavəsi ilə də gələcək. Bu barədə Modern.az-a qəzetin redaksiyasından məlumat verilib. Səkkiz səhifəlik əlavədə ölkənin ədəbi mühitində cərəyan edən proseslər, yerli və xarici yazıçıların, şairlərin, ziyalıların hekayələri, əsərlərdən parçalar təqdim olunacaq.
Verilən məlumatda bildirilir ki, bu həftənin şənbə günü oxucular «37-ci il» ədəbiyyatı, şairlərin şerləri, xalq şairi Nəriman Həsənzadənin müsahibəsi, gənc yazarların AYB sədri Anar Rzayevlə bağlı söylədikləri ilə tanış ola biləcəklər. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır