Arxiv
22 Dekabr 2019, 12:53 | ƏDƏBİYYAT
“Sınıq pəncərələrə tutulmuş qəzet” kimi Adam - Hikmət Xudiyev

Əslində insan ömrünün dəyəri heç də onun yaşadığı illərlə ölçülmür. Yaş rəmzi olaraq bir rəqəmdir, 40, 50, 60 və bu rəqəmi müəyyənləşdirən də heç özümüz deyilik. Bu Tanrının işidir, ikirəqəmli də edə bilər, üçrəqəmli də... Amma müddəti qeyri-müəyyən olan ömrün necə yaşanması insanın özündən asılıdır. Əgər Vaqif Bayatlı Ödər demiş “sınıq pəncərələrə tutulmuş qəzet” kimi olmadınsa, ömür pəncərəsindən geriyə çevrilib baxanda gözünün önünə boş və boz səhradan başqa heç nə görünməyəcək.


Bəli, zəngin keçmiş yaratmaq asan başa gələn məsələ deyil, bunun üçün insan çətinliklərdən, mübarizələrdən, sınaqlardan keçməlidir. Ömür nağıl deyil ki, həmişə şirin olsun, anaların laylasının, nənələrin kökəsinin qoxusu gəlsin, sonda da göydən üç alma düşsün. Həyat kövrək dırnaqlarla sərt qayaların qarşıdurmasıdır, ağrılara dözəcəksənsə, hədəfə doğru addımlaya biləcəksən, istədiyin zirvəni fəth etməyə nail olacaqsan.


Bu sətirləri yazarkən bu gün 60 yaşı tamam olan Hikmət Xudiyevin gözümün önündən keçən ömür yollarına nəzər salıram.


1980-ci illərin sonları... Erməni daşnaklarının qəzəbinin son həddə çatdığı bir vaxtda Xankəndi şəhər daxili işlər şöbəsində polis zabiti kimi xidmət edən Hikmət Xudiyevin hansı təhlükələrlə üzləşdiyini xatırlayıram...


1990-cı illərin əvvəlləri... Anlaşılmayan və qeyri-müəyyən qarşıdurmalar zamanı Şəki şəhər daxili işlər şöbəsində xidmətini davam etdirən Hikmət Xudiyevin mövcud mürəkkəb vəziyyətdəki xidməti fəaliyyətini yada salıram.


Daha sonra Bakl həyatı, qayğıların bir-birinə qarışdığı bir vaxt, problemlərin bir-birini üstələdiyi bir dövr, torpaqlarımızın işğalı, köçkünlük həyatının ağrı-acıları Hikmət müəllimin həyatına bir-birnin ardınca zərbələr vurdu. Amma o, öz gücü, iradəsi ilə nizamı pozulmuş, səliqəsi itmiş bu həyatı sahmana sala bildi, hər şeyi yerbəyer etdi.


Deyirlər ki, uman yerdən küsərlər. Hikmət müəllim o çətin vaxtlarda heç kimdən küsmədi, çünki umacaq yeri yox idi. Qohum və tanışlar vitrinində nə dayılar var idi, nə də ki, əmilər. Beləliklə də yalnız özünə güvənmək qalırdı.


Özünə inam hissi böyük qüvvədir. Bu qüvvəni Hikmət müəllim özündə tapdı, ictimai mövqeyini nümayiş etdirə bildi, xidməti vəzifəsinin icrasında fərqlənməyi bacardı, xəritədə kişik görünən böyük Azərbaycanı köksünə sıxdı, barıt qoxulu Qarabağın azadlağı üçün mümkün olan gücünü əsirgəmədi.


Hikmət müəllim çiynində rütbə gəzdirməklə qələmini də yerə qoymadı. İyirmiyə yaxın kitabın müəllifi olan Hikmət Xudiyevin bədii yaradıcılığında olduğu kimi, yanğın təhlükəsizliyi ilə bağlı elmi araşdırmalarında da millilik qabarıq şəkildə özünə biruzə verdi.


Tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist, polkovnik Hikmət Xudiyev bu gün də tükənmədən xidməti fəaliyyətini, elmi və bədii yaradıcılığını uğurla davam etdirir. Əslində 60 il arzuları gerçəkləşdirmək üçün çox da yetərli bir rəqəm deyil. Elə buna görə də insan həmişə tələsir, hətta bəzən hadisələri qabaqlamaq istəyir. Yəqin ki, bu tələskənlik məqbul sayılmır, axı hər şeyin öz vaxtı var. Amma elə arzular var ki, onu həyata keçirmək üçün zamanın sürətindən çıxıb daha sürətlə irəli getməlisən. Hikmət müəllimin arzusu da zamanın ixtiyarına buraxılası arzulardan deyil. Elə yubiley günündə də Hikmət müəllimə ən böyük arzusunun, Qarabağın azadlığını görmək, Xankəndinə dönmək istəyinin gerçəkləşməsini arzulayaq.


Bu sətirlərin müəllifi olaraq həm qardaşın, həm də dostum olan Hikmət müəllimə şəxsi arzum isə Xankəndində sahibsiz qalan dədə məzarımızı ziyarət edəcək günə qədər Allahdan ömür istəməyimdir.


Bir daha təbrik edirəm, yubileyin mübarək! Gələcək illərin aydın və işıqlı olsun...



İlham Cəmiloğlu    

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı - VİDEO 3 mart 2021, 01:00 Göyçayda ağır yol qəzası - 5 nəfər xəsarət aldı - FOTO 3 mart 2021, 00:49 Papa İraqa gedir 3 mart 2021, 00:38 Bakıda küçəyə atılmış uşaq tapıldı 3 mart 2021, 00:25 Azərbaycanda ən çox bu smartfonlar işlədilir 3 mart 2021, 00:11 “Türkiyə və Fransa terrorla mübarizədə birgə addımlar ata bilər” - Ərdoğan 2 mart 2021, 23:57 İtaliya Parlamenti Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb etdi 2 mart 2021, 23:43 Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlandı 2 mart 2021, 23:30 Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı - FOTO 2 mart 2021, 23:16 Aqrar Kredit və İnkişaf Agentliyinə daha bir xidməti maşın verildi 2 mart 2021, 23:07 “Barselona”nın keçmiş prezidenti sərbəst buraxıldı 2 mart 2021, 22:52 İlham Əliyev ailəsi ilə tonqal başında - FOTO 2 mart 2021, 22:38 Türkiyədə gündəlik yoluxma sayı artır 2 mart 2021, 22:24 Ronaldodan dəhşətli statistika 2 mart 2021, 22:10 Ermənilər Qarabağa qayıtmaq istəmirlər - ARAŞDIRMA 2 mart 2021, 21:57 Göyçayda ata və oğul yol qəzasında xəsarət aldı - FOTO 2 mart 2021, 21:44 Bakıda yaşayış binasında yanğın 2 mart 2021, 21:30 Sumqayıtda mənzildə partlayış oldu 2 mart 2021, 21:21 Boliviyada avtobus dərəyə aşdı - çox sayda ölən var - FOTO 2 mart 2021, 21:10 Azərbaycanın peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik 2 mart 2021, 20:58 Ay çəkilməsi Venesiyada vəziyyəti çətinləşdirdi - FOTO 2 mart 2021, 20:44 “Qarabağ” darmadağınla zirvəyə yüksəldi 2 mart 2021, 20:33 Komitə sədri Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO 2 mart 2021, 20:24 Ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - FOTO 2 mart 2021, 20:15 Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşdı 2 mart 2021, 20:03 Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib 2 mart 2021, 19:52 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi 2 mart 2021, 19:45 Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil etdi 2 mart 2021, 19:38 “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək 2 mart 2021, 19:30 İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib 2 mart 2021, 19:22 “Aqrar Tədarük və Təchizat” ASC təlimlərə başlayıb - FOTOLAR 2 mart 2021, 19:15 Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb 2 mart 2021, 19:08 Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi 2 mart 2021, 19:00 Bakının bu ərazilərində tıxac var - SİYAHI 2 mart 2021, 18:52 Vətən müharibəsi qəhrəmanına təqaüd kartı verildi - FOTOLAR 2 mart 2021, 18:45