Modern.az

Böyük çillə BAŞLADI

Böyük çillə BAŞLADI

22 Dekabr 2019, 13:55

Azərbaycanda təbiət hadisəsi baş verib. Modern.az saytının məlumatına görə, dekabrın 22-si Bakı vaxtı ilə səhər saat  08:19 dəqiqədən Azərbaycan ərazisində qış fəsli başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, dekabrın 21-dən 22-ə keçən gecə Azərbaycanda ən uzun gecə, dekabrın 22-si də isə ən qısa gündüz kimi 2019-cu ilin tarixinə düşəcək. 

Bu gündən etibarən Xalq təqviminə görə, Böyük çillə başlayıb və 40 gün davam edəcək.

Təxminən  5 gün ərzində - dekabrın 22-dən 27-dək ölkə ərazisində gecələrin uzunluğu bərabər olacaq, eləcə də o günlərdə gündüzlərin uzunluğu bərabər olacaq.

Daha sonra gecələr qısalmağa, gündüzlər uzanmağa başlayacaq.

Qeyd edək ki, Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır. 

Bu təqvimlə dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 20-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.



A.Qorxmaz

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir