Arxiv
29 Dekabr 2019, 16:07 | DİASPOR
Kölndə Azərbaycan evi: soydaşlarımızda böyük ümid yaranıb  

Dekabrın 25-də  Almaniyanın Köln şəhərində Azərbaycan evi açılıb. Mahiyyət etibarilə soydaşlarımız üçün həmrəylik evinə çevrilən bu layihələrədən böyük gözləntilər var.

 

Alman Azərbaycan Mədəniyyət Evinin rəhbəri Ağa Ağayev Modern.az-a açıqlamasında Kölndə belə bir evin açılmasına meünasibət bildirib:

 

“Avropada yaşayan azərbaycanlıların sayı ildən-ilə artır. Almaniyada da kifayət qədər azərbaycanlı yaşayır. Ona görə də Almaniyanın şəhərlərində Azərbaycan evlərinin açılması mütləqdir. Bir müddət əvvəl belə bir ev  Berlin şəhərində açıldı. Millətimiz üçün xeyirli-uğurlu olsun deyirəm. İndi də Köln şəhərində açılıb”.

 

Təşkilat rəhbəri Avropada açılan Azərbaycan evinin üstünlüklərindən də söz açıb:

 

“Baxmayaraq ki, 2014-cü ildən təşkilat olaraq fəaliyyət göstəririk, ancaq bu günlərdə Azərbaycan evinin açılması bizə qismət oldu. Azərbaycan evinin açılmasının üstünlükləri çoxdur. Çünki Almaniyada yaşayan azərbaycanlıların ana dilində təhsil alması üçün bunun çox böyük əhəmiyyəti olacaq. Azərbaycan övladları həm ana dilində təhsil almaq imkanı əldə edəcəklər, həm də tariximizi, mədəniyyətimizi öyrənəcəklər.

 

Çünki Almaniyada böyüyən hər bir azərbaycanlının öz tarixini, mədəniyyətini, dilini bilməsi çox önəmlidir. Səhər vaxtlarında evdən çıxıb alman məktəblərində təhsil almağa gedən övladlarımız Azərbaycanla bağlı ənənələrdən uzaq düşürlər. Ona görə də öz dillərini bilməsi, tarixi, mədəniyyəti ilə yaxından tanış olması  üçün belə bir işin görülməsi təqdirəlayiq haldır”.

 

Ağa Ağayev Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin fəaliyyətini də yüksək qiymətləndirib:

 

“Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov birbaşa bizə dəstək nümayiş etdirir. Çünki komitə rəhbərliyinin birlik və dəstək nümayiş etdirməsi diasporumuzun  inkişaf etməsinə, daha da  güclənməsinə səbəb olur”.

 

Xatırladaq ki, Almaniyada daha bir Azərbaycan evi 24 dekabr tarixində Berlin şəhərində açılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
QMİ-dən koronavirusa görə Həcc ziyarətinin dayandırılması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:51 Elmar Qasımov İstanbulda beynəlxalq tədbirə qatılıb 27 Fevral 2020, 11:46 Dövlət Turizm Agentliyi: “Koronavirus bazarımıza mənfi təsir edəcək” 27 Fevral 2020, 11:44 Azərbaycanda hotellərə ulduzların verilmə qaydası AÇIQLANDI 27 Fevral 2020, 11:38 Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır 27 Fevral 2020, 11:37 Heydər Əliyev Fondu sabiq icra başçısının gəlinin müalicəsini öz uzərinə götürdü 27 Fevral 2020, 11:34 Bilet əldə etmək ova icazə verilməsi demək deyil - NAZİRLİK 27 Fevral 2020, 11:28 Polis “Əmioğlu”nu həbs etdi - FOTO 27 Fevral 2020, 11:23 DSX-dən Azərbaycan-Gürcüstan sərhədinin bağlanması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:18 Bir gündə yol qəzalarında 5 nəfər öldü - RƏSMİ 27 Fevral 2020, 11:14 Xocalıya görə təzminat: Hərbi Prokurorluq fərdi müraciəti məsləhət görür 27 Fevral 2020, 11:09 “Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb” - Gömrük Komitəsi 27 Fevral 2020, 11:04 ““BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər”  27 Fevral 2020, 10:57 Gürcüstanda 4 Azərbaycan vətəndaşı koronavirus şübhəsilə nəzarətə GÖTÜRÜLDÜ 27 Fevral 2020, 10:55 Nazir Xətainin Bakıdakı heykəlinin köçürülməsindən DANIŞDI 27 Fevral 2020, 10:51 Gürcüstanda koronavirus tapılan şəxslə bağlı Nazirlikdən rəsmi AÇIQLAMA 27 Fevral 2020, 10:45 Bakı-Gürcüstan avtobuslarının gediş-gəliş dayandırılıb? - RƏSMİ 27 Fevral 2020, 10:39 Kapital Bank yenilənən Siyəzən filialını istifadəyə verdi 27 Fevral 2020, 10:32 Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək 27 Fevral 2020, 10:26 Səudiyyə Ərəbistan Ümrə ziyarətini dayandırdı 27 Fevral 2020, 10:23 ÜST: Koronavirusdan 2761 nəfər ölüb 27 Fevral 2020, 10:18 ABŞ Konqresində Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2020, 10:15 Bakıda kütləvi dava: Yaralılar var 27 Fevral 2020, 10:14 Gürcüstan Azərbaycana gediş-gəlişi qismən məhdudlaşdırdı 27 Fevral 2020, 10:11 Azərbaycanda yeni doğulan buzova görə 100 manat verilir – MÜSAHİBƏ 27 Fevral 2020, 10:06 Danimarkada da koronavirus aşkarlandı 27 Fevral 2020, 10:04 UNEC-in Zaqatala filialında yenilik 27 Fevral 2020, 10:04 Bakı polisi bir gündə 20 nəfəri saxladı 27 Fevral 2020, 10:01 Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib 27 Fevral 2020, 09:57 “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücü bərpa edildi - VİDEO 27 Fevral 2020, 09:50 Azərbaycan Sarkisyan və Koçaryanı beynəlxalq axtarışa verə bilər - RƏSMİ 27 Fevral 2020, 09:45 “Yuventus” və “Real” məğlub oldu - Çempionlar Liqası 27 Fevral 2020, 09:40 Məktəblərdə tədris müddəti dəyişə bilər? - QƏRAR 27 Fevral 2020, 09:36 Çindən kənarda koronavirusa yoluxanların sayı 3000-ə çatdı 27 Fevral 2020, 09:30 Düşmən kəndlərimizi atəşə tutdu 27 Fevral 2020, 09:26