Modern.az

Azərbaycanda mikroavtobus aşıb, yaralılar var

Azərbaycanda mikroavtobus aşıb, yaralılar var

Hadisə

8 Yanvar 2020, 17:46

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunda, Muradlı kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Novruz Feyzullayev idarə etdiyi UU-952-UG Gürcüstan nömrə nişanlı, "Ford Tranzit" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və sərnişini, 1982-ci il təvəllüdlü Mahir Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, Novruz Feyzullayev mikroavtobusla çörək daşıyırmış.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir