Modern.az

Taninmis diaspor sədri deputatlığa namizəd oldu

Taninmis diaspor sədri deputatlığa namizəd oldu

Parlament

9 Yanvar 2020, 09:05

9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərdə iştiraka qərar verən türk birliyi uğrunda yorulmaz mübariz, tanınmış ziyalı, hüquqşünas İbrahimxəlil Balayevin namizədliyi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, “Harada bir türk varsa, o türkün olduğu yer mənim ünvanımdır” - deyən İbrahimxəlil Balayev Şəki 114 saylı birinci seçki dairəsindən Azərbaycan Milli Məclisi deputatlığına namizədliyini irəli sürüb.


Qeyd edək ki, 1968-ci ildə Şəkinin Aşağı Göynük kəndində dünyaya gələn  İbrahimxəlil Balayev bütün MDB ölkələrində və türk dünyasında sayılan, seçilən, tanınan ziyalılarıımızdandır.

 

Almaniyada hüquq üzrə doktorluq təhsili alan Balayev Azərbaycan diasporunun da fəal üzvlərindəndir.

 

Qeyd edək ki, sözügedən dairədən beşinci çağırış Milli Məclisin deputatı Əli Məsimli də namizədliyini irəli sürüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu