Modern.az

Cocuq Mərcanlıda seçki məntəqəsi YARADILDI

Cocuq Mərcanlıda seçki məntəqəsi YARADILDI

Aktual

10 Yanvar 2020, 11:19

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində seçki məntəqəsi yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında məlumat yer alıb. Məlumata uyğun olaraq, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin tərkibində yaradılmış 73 saylı məntəqə Cocuq Mərcanlıda olacaq.

Məntəqə Cocuq Mərcanlı kəndində klub icma mərkəzinin binasında yerləşəcək.

 

Qeyd edək ki, məntəqənin siyahısında 367 seçicinin adı qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı