Modern.az

Azərbaycanda Turizmçilərin Etik Kodeksi təqdim olundu

Azərbaycanda Turizmçilərin Etik Kodeksi təqdim olundu

Aktual

15 Yanvar 2020, 14:04

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan Turizmçilərin Etik Kodeksinin ictimaiyyətə təqdim olunub.

 

Modern.az-ın məlumatına görə, təqdimatda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid də iştirak ediblər.

Hazırlanan sənədin bütün turizm subyektləri üçün nəzərdə tutulduğunu vurğulayan Rüfət Hacıyev söyləyib ki, kodeks beynəlxalq təcrübəyə əsaslanaraq, hazırlanıb. R. Hacıyev vurğulayıb ki, sənəddə turistlərin düzgün qarşılanması və yola salınması, onlara keyfiyyətli xidmətin göstərilməsi, turistlərin təhlükəsizliyi və məmnunluğunun təmin edilməsi öz əksini tapıb:

 

"10 maddədən ibarət olan tövsiyə xarakterli sənəddə ümumi turizm qaydaları və etik normalar öz əksini tapıb. Turizm prosesi iştirakçılarının vəzifələri, turistlərin və turizm subyektlərinin hüquqları, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsinə də xüsusi yer ayrılıb".

Çıxış edən Florian Zenqsşmid isə Azərbaycana səfər edən turistlərə düzgün və keyfiyyətli xidmət göstərilməsinin vacibliyinə toxunub. O, bu sahədə mövcud olan bəzi problemlərin həllində etik kodeksdən istifadənin fayda verəcəyini deyib:

“Biz bütün turizm iştirakçılarına bu kodeksdən yararlanmağı tövsiyə edirik”.

 

Sonda Rüfət Hacıyev Azərbaycanın turizm bazarında fəaliyyət göstərən subyektlərə müraciət edərək öz fəaliyyətlərində ölkənin ümumi turizm maraqlarına xidmət edən bu etik normaları nəzərə almağa çağırıb.

Tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvlərinə üzvlük sertifikatları da təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi