Arxiv
16 Yanvar 2020, 09:26 | PARLAMENT
Deputatlığa namizədlərə verilən güzəştlər: təyyarə, qatar və avtobusdan pulsuz istifadə...

Yanvar ayının 17-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində seçkiqabağı təbliğat-təşviqat kampaniyasına start veriləcək. Budəfəki seçkilərdə kifayət qədər çox namizəd iştirak edir. Seçkilərə az müddət qalmasına baxmayaraq bəzi namizədlər hələ də onlara verilən imtiyazlardan xəbərsizdirlər.

 

Modern.az Seçki Məcəlləsinin deputatlığa namizədlər üçün verdiyi bir sıra hüquq və imtiyazların siyahısını Secki-2020 saytına istinadən təqdim edir.

 

Seçki Məcəlləsinin 150-ci maddəsinə görə, birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir. Ancaq taksi və sifarişli reyslər siyahıya daxil deyil.

 

Məcəllənin 150-ci maddəsində isə göstərilir ki, bir neçə seçki dairəsi olan şəhərlərdə bu dairələrin birində qeydə alınmış namizədə şəhərdə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

 

Məcəllədə namizədin namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşaması amili də nəzərə alınıb. Belə namizədlərə əlavə olaraq dəmir yolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə 4 dəfə yaxud təyyarə ilə 2 dəfə seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

 

Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir.

Bu cür ödəmələr Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir.

 

Seçki Məcəlləsinin 151-ci maddəsi isə Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin toxunulmazlığı ilə bağlıdır. Məcəlləyə əsasən, qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız Baş prokurorun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.

152-ci maddəyə əsasən isə, birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ var. Göstərilən şəxslər müvafiq olaraq Dairə Seçki Komissiyası tərəfindən qeydə alınır.

 

Seçki Məcəlləsinin 156-cı maddəsi deputatlığa namizədlərin seçki fondları ilə bağlıdır. Həmin maddənin birinci bəndində göstərilir ki, namizədin seçki fondunun yuxarı həddi 500 min manatdan çox olmamalıdır.

 

Birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları bu pul vəsaiti hesabına formalaşa bilər: 500 min manatdan çox olmamaq şərti ilə, namizədin xüsusi vəsaiti; 150 min manatdan çox olmamaq şərti ilə, namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti; vətəndaş üçün 3 min manatdan və hüquqi şəxs üçün 50 min manatdan çox olmayan könüllü ianələr.

 

Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilər.

Bu, 500 min manatdan çox olmamalıdır. Siyasi partiyalar blokunun xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır.

Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri də seçki fondunun maliyyə mənbələrindən biridir.

Ancaq belə könüllü ianələrin həddi  vətəndaş üçün 3 min, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.

 

Məcəllədə deputatlığa namizədlərə qanun çərçivəsində ödənişsiz təşviqat aparılması məsələləri də öz əksini tapıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rayon xəstəxanalarında tibb fakültələri açılacaq - Zaur Əliyev 20 Fevral 2020, 11:40 Agentlik sədri həkimləri İTTİHAM etdi - “Bəziləri düzgün diaqnozu təyin edə bilmir” 20 Fevral 2020, 11:38 İcbari tibbi sığorta müsbət dəyişikliklərə səbəb olacaq - Agentlik sədri 20 Fevral 2020, 11:26 Ölüm hadisəsinə görə sürücüyə cinayət işi açıldı 20 Fevral 2020, 11:20 Azərbaycan Antiqua və Barbudaya yardım etdi 20 Fevral 2020, 11:14 Restoranda bəxşişi də kartla ÖDƏYƏCƏYİK-YENİLİK 20 Fevral 2020, 11:08 Almaniyada 9 nəfər güllələndi   20 Fevral 2020, 11:02 Vilayət Eyvazov Məhərrəmovu rəis müavini TƏYİN ETDİ 20 Fevral 2020, 10:56 Bakıda qanlı olay - İki xalaoğlu bıçaqlandı 20 Fevral 2020, 10:50 Bazar günü 15738 bakalavr imtahan verəcək  20 Fevral 2020, 10:44 Azərbaycan hərbçisinin meyiti neytral ərazidən götürülüb - FOTO 20 Fevral 2020, 10:38 Qalib namizədlər dəyişə bilər – Seçkilərdə daha bir SÜRPRİZ 20 Fevral 2020, 10:32 Paytaxt polisi 36 cinayətin üstünü açdı 20 Fevral 2020, 10:27 Kaliforniya Universitetində Azərbaycana dair mühazirə keçirildi - FOTO 20 Fevral 2020, 10:22 Bu gün sərnişinlər metrodan pulsuz istifadə etdi 20 Fevral 2020, 10:16 Çox kitab oxumaq, kompüterdən çox istifadə gözü zəiflətmir - MÜSAHİBƏ 20 Fevral 2020, 10:10 Binəqədidə “Dövlət və Din” görüşü 20 Fevral 2020, 10:00 Daha bir marşrut xətti vahid kart sisteminə keçir 20 Fevral 2020, 09:55 Fransa polisi Elşad Abdullayevin işini araşdırır 20 Fevral 2020, 09:50 Jurnalistin döyülməsi ilə bağlı polisdən rəsmi AÇIQLAMA 20 Fevral 2020, 09:46 Kəndlərimiz pulemyotlardan atəşə tutuldu 20 Fevral 2020, 09:40 Cocuq Mərcanlıda 25 ailə üçün təsərrüfat yaradılıb 20 Fevral 2020, 09:34 Dövriyyədə saxta metal pul var? Rəsmi CAVAB 20 Fevral 2020, 09:28 Bakının mərkəzində avtobus piyadanı vurub öldürdü 20 Fevral 2020, 09:22 Gəncənin Baş planı hazırlanır 20 Fevral 2020, 09:15 “Ermənistanlıyam”, “Qərbi Azərbaycanlıyam”, “Gürcüstanlıyam” deməyin – SƏBƏB 20 Fevral 2020, 09:09 Arıqlamaq üçün ən effektiv ÜSULLAR 20 Fevral 2020, 09:03 Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək 20 Fevral 2020, 08:26 Çempionlar Liqası: “Tottenhem”lə “Valensiya” bacarmadılar 20 Fevral 2020, 08:22 Bu ölkələr pullarını yuyacaq - virus əleyhinə 20 Fevral 2020, 08:10 Buxara şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunur 20 Fevral 2020, 08:00 Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb 20 Fevral 2020, 07:46 Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13