Arxiv
16 Yanvar 2020, 12:20 | ƏDƏBİYYAT
Abay Kunanbayevin birinci “Qara sözü”

Bu il Qazaxıstanda böyük mütəfəkkir və filosof Abay Kunanbayevin 175 illik yubiley tədbirləri keçiriləcək.

Abayın yaradıcılığında “Qara söz”ün xüsusi yeri var. Bu başlıq altında Abayın 45 nəsihəti toplanıb. Abay ömrünün müdrik çağlarında bu nəsihətləri xalqı üçün yazıb, yadigar qoyub. Bu kiçik məktublarda  böyük fəlsəfə var. Bu fikirlər bir xalqın taleyini, ömrünü, xarakterini, məişətini elə gözəl və zərrin çalarlarla açır ki, oxuduqca, insan dünyanın faniliyinin, yalnız sözün və əməlin əbədəliyinin şahidi olur. “Qara söz” qazax xalqının həmayili və göz muncuğudur.  

 

Abayın “Qara söz”ü onun öz həyatının müxtəlif epizodları haqqında olsa da, bütün türk dünyasına, insanlığa ünvanlanmış mesajdır. Bu sözləri oxuyub hikmətinə varanlar, bir daha əmin olacaqlar ki, dünyada Tanrıdan və SÖZdən böyük heç nə yoxdur. Abay həm dövrə, həm dövrana, həm hakimlərə etiraz edir, həm də yazıqları, yolunu azanları sevir. Abay xalqının dərdinə dərman axtarır.

 

Elə isə, əziz oxucularımız, Modern.az saytı olaraq, bu gündən etibarən Abayın 175 illiyi münasibəti ilə onun 45 “Qara söz”ünü sizin ixtiyarınıza veririk.

 

Birinci söz

 

Ömrümü yaxşı yaşadım, ya pis yaşadım, bunu deyə bilməsəm də, onu bilirəm ki, bu yolda çox keçməkeşlərdən keçdim: mübarizə və savaş, məhkəmə və mübahisə,  əzab və həyəcanlar içərisində ahıl yaşıma çatdım, gücdən düşdüm, hər şeydən doydum, etibarsızlıq  gördüm, lakin  etdiklərimin bəhrəsini görmədim,  həyatın heç olduğunun fərqinə vardım. İndi nə ilə məşğul olum, qalan həyatımı necə  yaşayım? Öz suallarıma çavab tapmamağım məni təəccübləndirir. Xalqı idarə edimmi? Yox, xalq idarə olunan deyil. Qoy bu yükü üzərinə sağalmaz xəstəlik götürmək istəyən çəksin və yaxud da ürəyi gənclik eşqi ilə dolu çılğın bir gənc götürsün. Allah məni belə yükdən hifz etsin.

 

Yoxsa ki, mal-qaramı artırım?  Yox bu da bir iş deyil. Qoy mal-qara ilə uşaqlar məşğul olsunlar, bu indi onlara lazımdır.  Özümün qalan ömrümü  mal-qara saxlayıb  oğrulara və dilənçilərə, yoldan keçənlərə sevinc verməklə başa vurmaq istəmirəm.

 

Bəlkə elmlə məşğul olum? Yanında elmi mübahisə etmək üçün bir kimsə olmadığı halda, elmin dərinliyinə necə gedim? Yığdığım biliklərimi kimə ötürüm, bilmədiklərimi kimdən soruşum? Lap tutaq ki, əlimə bir kəfən alıb, durub  çöllərə düşsəm, adamsız çöllərdə otursam belə faydası yoxdur.  İnsanın yanında onu anlayan, dərdini-sevincini bölüşməyə həmdərdi olmayanda öyrəndiyi biliklər də dərdə çevrilir, insanı vaxtsız qocaldır.

 

Bəlkə özümü Allaha ibadətə həsr edim? Qorxuram ki, bu da alınmayacaq. İbadət üçün başdan ayağa  əminlik və sakitlik lazımdır.  Nə qəlbimdə, nə həyatımda dinclik yoxdur, belə adamların arasında , bu ölkədə zahidlik etmək mümkün deyil!

 

Bəlkə uşaqları tərbiyələndirim? Buna da gücüm çatmır.  Tərbiyələndirərdim, lakin görürəm ki, onları heç nə ilə öyrətmək mümkün deyil. Onlara hansı işi öyrədim,  hansı məqsədlə oxudum, hansı xalq üçün edim? Necə məcbur edim, hara yönəldim, əgər özüm bildiklərimi tətbiq etməyə yer tapmıramsa, bu uşaqlar məndən nə öyrənəcəklər? Mən burada da özümlə barışa bilmirəm.

 

Axır ki, bir qərara gəldim: öz fikirlərimi yazmaqla , ancaq kağız və mürəkkəbə sığına bilərəm. Əgər həmin fikirlərdə kimsə məna tapsa, qoy köçürüb və yadda saxlasın. İnsanlara gərək olmayanda isə, sözüm yenə özümə qalacaq. İndi mənim başqa qayğım yoxdur.

 

Tərcümə etdi: Aida Eyvazlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada koronavirusun “Braziliya ştammı” aşkarlandı 1 mart 2021, 01:00 DİM bu gün “GRE: General Test” imtahanı keçirəcək 1 mart 2021, 00:54 “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar” - Serj Sarkisyan 1 mart 2021, 00:48 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 1 mart 2021, 00:36 Türk xüsusi qrupunun Ermənistana sızması barədə şayiələr təkzib edildi 1 mart 2021, 00:24 Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı 1 mart 2021, 00:10 Gəncədə iki gənc qadın dəm qazından zəhərləndi 28 Fevral 2021, 23:55 Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI 28 Fevral 2021, 23:41 Tramp yeni partiya yaradır? 28 Fevral 2021, 23:30 Fransa Xocalı soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər - “Atlantico” nəşri 28 Fevral 2021, 23:17 Gəncədə ev yandı 28 Fevral 2021, 23:03 “Stenford Bric”də qolsuz heç-heçə 28 Fevral 2021, 22:50 Öldürdüyü insanın ürəyindən yemək hazırladı - FOTO 28 Fevral 2021, 22:41 Samuxda iki nəfər bıçaqlandı 28 Fevral 2021, 22:28 Ermənilər mülki azərbaycanlıları bir-birilərinə bağlayıb, yandırıblar - VİDEO 28 Fevral 2021, 22:19 “Fənərbaxça” çətin səfərdən 3 xalla döndü 28 Fevral 2021, 22:08 Şirvanda maşın yandı 28 Fevral 2021, 21:59 Qarabağda döyüşən Fransa vətəndaşları barədə istintaq başlanıb 28 Fevral 2021, 21:48 İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası 28 Fevral 2021, 21:33 Şarl Mişel Gürcüstana gəldi 28 Fevral 2021, 21:19 Teledərslərin sabaha olan CƏDVƏLİ 28 Fevral 2021, 21:06 “Meyvəli” bazarında yanğın 28 Fevral 2021, 20:55 “Arsenal” səfərdə qalib gəldi 28 Fevral 2021, 20:40 Bərdədə ağır qəza - 2 ölü, 3 yaralı var - FOTO 28 Fevral 2021, 20:34 Paşinyan Sarkisyana qarşı: “Prezidentin qərarı anlaşılmazdır”   28 Fevral 2021, 20:25 Messinin “Barselona” ilə bağlı gələcək planları açıqlandı 28 Fevral 2021, 20:12 Müdafiə Nazirliyi Xocavəndin Çiraquz kəndinin videogörüntülərini yaydı 28 Fevral 2021, 20:01 Dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı hakim qarşısına çıxacaq 28 Fevral 2021, 18:10 Yəməndə partlayış: Ölən və yaralananlar var 28 Fevral 2021, 18:04 Yunanlar xəzinə axtarışına çıxdı 28 Fevral 2021, 17:51 Paşinyanın fraksiyası Prezidentə qarşı impiçment proseduruna başlayır 28 Fevral 2021, 17:40 Prezidentin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırıldı 28 Fevral 2021, 17:30 Gürcüstanda sürücülər yanacağın balaşmasına etiraz etdi - Aksiya 28 Fevral 2021, 17:25 Saakaşvili Kutaisidəki etirazçılara dəstək verdi 28 Fevral 2021, 17:19 "Onların missiyası xəyanətdir" - Deputat "5-ci kalon"dan DANIŞDI 28 Fevral 2021, 17:02