Arxiv
17 Yanvar 2020, 15:38 | AKTUAL
“Nar” 4,5 G baza stansiyalarının sayını 60% artırıb

Əhalini yüksəkkeyfiyyətli və sürətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”, 2019-cu ildə şəbəkə tutumunun genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı hesabatını açıqlayıb.

 

Modern.az xəbər verir ki,  mobil operator ötən il ərzində 1055-dən artıq 4G/4,5G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da “Nar” 4G/4,5G texnologiyalı baza stansiyalarının sayını 60%-dən çox artıraraq, 2779-a çatdırıb. Mobil operator ötən il ərzində 230-dan çox 3G texnologiyalı baza stansiyası quraşdırıb və hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2854 olub. 

 

“Nar” 2019-cu il ərzində 4G/4,5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub. Hazırda “Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın regionlarını da keyfiyyətli şəbəkə ilə təmin etməyə xüsusi diqqət göstərir. Mobil operator LTE-A texnologiyalı baza stansiyalarını ölkənin 54 regionunda quraşdırmağa nail olub. Hazırda ucqar kəndlərdə belə abunəçilər “Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlana bilirlər. Mobil operatorun 4G/4,5G  istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
31 deputat Milli Məclisin sabahkı iclasına getməyəcək - SƏBƏB AÇIQLANDI 8 Aprel 2020, 14:26 50 il evli olmuş cütlük eyni gündə koronavirusdan öldü 8 Aprel 2020, 14:13 COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına TƏSİRİ    8 Aprel 2020, 14:00 Saxta arayış satan şəxslər iş başında yaxalandılar  - FOTO 8 Aprel 2020, 13:54 Karantin həkimindən polislərə çağırış: “Sənədlər təmas edilmədən yoxlanılmalıdır” 8 Aprel 2020, 13:48 Komitədən evdə oturan kişilərə tövsiyə: “Ev işlərini görməkdə kömək edin” 8 Aprel 2020, 13:42 Təbiətə verilən müvəqqəti İSTİRAHƏT – Koronavirus iqlimi necə DƏYİŞƏCƏK? 8 Aprel 2020, 13:36 Ordumuzda snayperlərin hazırlığı yoxlanılır - FOTO+VİDEO 8 Aprel 2020, 13:31 Bakıda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir - FOTO 8 Aprel 2020, 13:26 Koronavirus və NUHUN TUFANI 8 Aprel 2020, 13:20 “Vaksin tapılana qədər koronavirus yox olacaq” 8 Aprel 2020, 13:15 Sabah 14 dərəcə isti olacaq   8 Aprel 2020, 13:10 Bu sahibkarlara 250 manat yardım ediləcək 8 Aprel 2020, 13:04 Biz birlikdə güclüyük - ailələrə yardım kampaniyası - VİDEO 8 Aprel 2020, 12:58 "Dərs vaxtı" verilişinin aprelin 9-u üçün CƏDVƏLİ müəyyənləşib 8 Aprel 2020, 12:52 “Mədəniyyət /Culture” jurnalının 2020-ci ildə ilk sayı işıq üzü gördü   8 Aprel 2020, 12:46 Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə! 8 Aprel 2020, 12:40 Yeni hökumətin təzə parlamentə ilk HESABATI - Nələrə şahid olacağıq?.. 8 Aprel 2020, 12:34 Xüsusi karantin dövründə əlillik müddəti başa çatanlar üçün müddət UZADILDI 8 Aprel 2020, 12:28 Rusiya koronavirusa görə Krımı Ukraynaya qaytaracaq PROQNOZ 8 Aprel 2020, 12:22 Dövlət Agentliyi 700 nəfər işçi axtarır 8 Aprel 2020, 12:17 Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI 8 Aprel 2020, 12:12 Koronavirusdan zərər çəkmiş sahibkarlara dəstək mexanizmləri AÇIQLANDI 8 Aprel 2020, 12:06 Rusiyada COVİD-19-a yoluxanların sayı kəskin artdı 8 Aprel 2020, 12:00 ASAN könüllüləri Hava Limanında –FOTO+VİDEO 8 Aprel 2020, 11:54 Onlayn etibarnamənin tətbiqinə başlanıldı 8 Aprel 2020, 11:48 Onlayn yolla narkotik satan şəxs SAXLANILDI 8 Aprel 2020, 11:42 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTIR 8 Aprel 2020, 11:36 Nazirlik şuraya üzvlər seçilməsini TƏXİRƏ SALDI 8 Aprel 2020, 11:30 Onkoloji xəstələrin koronavirusdan qorunması üçün tövsiyələr AÇIQLANDI 8 Aprel 2020, 11:24 Azərbaycan nefti yenidən bahalaşdı 8 Aprel 2020, 11:18 190 manatı almaq istəyən işsizlərin qeydiyyatı BAŞLADI 8 Aprel 2020, 11:12 Koronavirusla bağlı son statistika - Dünənin anti-rekordları 8 Aprel 2020, 11:06 Hacıqabulda dezinfeksiya işləri davam edir - FOTO 8 Aprel 2020, 11:00 "Evdə qal!" çağırışına məktəblilər də qoşuldu - VİDEO 8 Aprel 2020, 10:55