Modern.az

Liviyada  limanlar  Haftarın əlinə keçdi

Liviyada  limanlar  Haftarın əlinə keçdi

18 Yanvar 2020, 22:34

Liviyada Xəlifə Haftara bağlı qüvvələr neft ixracat limanlarını bağlayıb.

Modern.az xəbər verir ki, Liviyanın milli neft korporasiyası ölkənin bir sıra limanlarının Liviya milli ordusunun qüvvələri tərəfindən neft ixracı üçün bağlanması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Haftara bağlı qüvvələrin Breqa, Ras Lanuf, Hariqa, Zuveytine və Sidra neft ixracat limanlarını bağladığı bildirilib.

Limanların bağlanmasının gündəlik neft istehsalına 800 min barrel, təxminən 55 milyon dollar zərər vura biləcəyi qeyd edilib.

Qeyd edək ki, bundan öncə Haftar Mistra və Xüms limanlarını ələ keçirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub