Arxiv
31 mart 2012, 14:07 | İQTİSADİYYAT
Əsgərlik gündəliyim - 10

Bu günlər əsgər valideynlərini komedaturada tez-tez görmək olur. Bəzi valideynlər Novruz bayramına görə övladlarına baş çəkir, zabitlərlə görüşür... Valideynlərin belə gəlişi hər kəs kimi mənə də sərf edir. Çünki növbətçi olduğum günlərdə əsgərlərə gələn sovqatdan mənə də pay düşür axı...

17 mart 2008-ci il. Bayrama və yazın gəlişinə lap az qaldı. Adəti üzrə sinif otağında ictimai hazırlıq və döyüş hazırlığı dərsləri keçirəm.  Bir neçə gündür mayor “atəşkəs” elan edib, haqsız yerə kimisə vurmur, təhqir eləmir... Amma bütün bunlar müvəqqəti imiş. Qəfil sinif otağına girib bütün şəxsi heyəti qərargahın qarşısında düzür... Dediyinə görə əsgərlərdən hansısa batinkayla qərargahın divarını qaraldıb. Amma öz gözlərimə inanaraq deyə bilərəm ki, həmin izlər mən komendaturaya gəldiyim ilk gündən olub. Elə bu səbəbdən də dərsı yarımçıq qoyub sıra hazırlığı keçirik.

Martın 18-i sonuncu-torpaq çərşənbəsinə təsadüf edir. Amma mayorun istəyi ilə əsgərlərə 31 mart soyqırımıyla bağlı məlumat verirəm. Evlə əlaqə saxlayıram. Anam qohumumuz Natiqdən mənə bayram sovqatı göndərdiklərini deyir... nələr yoxdur burda? Ətirdən tutmuş, evdə bişən şirniyyatlara qədər. Dəqiq bilirəm ki, göndərilənlər min bir əziyyət bahasına başa gəlib onlara. Axı mən kasıb bir ailənin uşağıyam. Hərdən də göndərilən sovqatlara baxıb-görəsən özlərinə qalıbmı, yoxsa hamısını mənə göndəriblər-deyə düşünürəm. Heç boğazımdan keçmir... Düşüncələr...düşüncələr... Amma axşam daha bir macəranın məni gözlədiyindən xəbərsizəm. Sən demə “Döyüş bölümü”ndə Əliyev Elnurla NBM xidmətiyik. Əsas növbətçi də hər ikimizin yola getmədiyi Mehdiyev Turaldır. Deməli... super... Mehdiyev gəncəlilərin, bir də ona yaxın olan uşaqların yanında divdir, əjdahadır. Hətta bəzən güləşçi olduğunu deyir... Elnur isə diliylə, danışıq qabiliyyətiylə, atmacalarıyla, bir də ötkəmliyi, mərdliyi ilə bir batalyona cavab verəcək oğlandır. Çox qəribə görkəmi var, təpədən-dırnağa yumordur. Hayıf ki, onunla hərbidə çəkdirdiyimiz şəkillərdən birini də tapa bilmədim. Amma bu yaxınlarda çəkdirdiyimiz bir şəklimiz var. Özünüz də şəkli görəndən sonra Elnurun adicə sifət quruluşunun nə qədər komik olduğunu təsdiq edərsiniz.

Dostum Elnur

Bəzən də bu yaramaz Elnur söyüşlü zarafatları elə edir ki... Artıq ayın 19-u gecə saat 03:30-dur. Növbətçi NBM xidmətini dəyişmək üçün ikimizi də oyadır. Adətən, ayrı-ayrılıqda xidmətə gedəndə zorla yerimizdən qalxdığımız halda, indi hər ikimiz çox sevincliyik. Burada əsas iş Elnura düşəcək. Çünki mənim yumor hissim, atmacalarım, Mehdiyevlə məzələnmək bacarığım Elnurun nümayiş etdirdiklərinin yanında çoooox cılızdır, kölgədə qalır. Xidmət vaxtımıza beş dəqiqə qalmışdan NBM-dəyik. Amma Turalın gəlməsini daha bir saat gözləməliyik. Səbəbə gəlincə, gecə saat 1-dən 5-də qədər NBM növbətçilərinin yuxu vaxtıdır.

... Saat 5-dir. Mehdiyev iri gövdəsiylə aşa-aşa gəlir. Elnur mənə baxıb nəsə deyir və gülür, sonra da Turala tərəf çevrilir. İkimizi burda görüncə, türkün məsəli şaşırır. Çünki... burda onun güvəndiyi kimsə yox. Bir-birinə güvənən, qardaş qədər dəstək olan, inanan və bütün bunları təmənnasız edən iki nəfər var-Elnur və mən. Başqa sözlə, yaramazla İntiqam. Hərdən o qədər zarafatlar edirdi ki, gülməyə sadəcə halımız qalmırdı...

Tural-sizin ikinizi xidmətə kim yazıb-deyə soruşur. Elnura da elə bu lazım deyil?

-Əbülfəz Hümbətov.

Hansı ki o artıq bizim komandirimiz deyil.

Məqamdır

Artıq Mehdiyev vəziyyətin fərqindədir. Mən isə hələ ki neytrallığımı qoruyuram. Doğrusu, burda söhbət hansısa fiziki təzyiqdən getmir. Məsələnin əsgər diliylə desək ”maralni sındırmaq “ tərəfi var və bundan daha yaxşı fürsət ola bilməz. Bir qədər təkləmək kimi görünsə də, əvvəldə də etiraf elədiyim kimi mənim funksiyam ancaq Elnurun dediklərinə gülmək, hərdənbir məzələnmək üçün Turaldan güləş haqqında nəsə soruşmaqdan ibarətdir. Hə, yadımdan çıxmamış daha bir məqamı da qeyd edim. Mehdiyevin dediyinə görə, tanınmış cüdoçu Mövlud Mirəliyevin yaxın qohumudur. Hətta uşaqlar da bir dəfə mənə Mövludun Turalın yanına gəldiyini demişdilər.

Beləliklə, xidmət vaxtımızın iki saatı geridə qalıb. İndi qalır daha iki saat. Amma görəsən Əliyevin “sındırma kampaniyası” bu iki saata sığacaqmı? Çətin... Bu yaramaz Elnur ki, var, onun zarafatları heç iki sutkaya da sığmayacaq...

Artıq daha bir saat geridə qalır. Cəmi bir saatdan sonra Turalın bizdən canı qurtaracaq. Hər halda, son bir saatda mən də əməllicə “güləşçinin” əsəbləriylə oynamışdım.

İndi danışacağım hadisəni söyləməmişdən əvvəl mənzərəni diqqətinizə çatdırım. Həmin bu NBM qərargahla 30 addımlıqdadır. Ancaq yay vaxtlarında ağaclar yarpaqlayanda  bura qərargahdan yaxşı görünmür. Qalan fəsillərdə isə qərargahdan dayandığımız yeri rahatca görmək olur...Elə buna görə də bəzi hallarda mayorlar xidmətinə daha yaxşı nəzarət eləmək istədiyi əsgərləri məhz NBM-ə yazırdılar.

Belə də yox da…

... Elnur nəsə deyir (həmin nəsə yadımdadır, amma bura yazılası deyil) və Tural bərkdən şaqqanaq çəkib gülür. İndi bilmirəm, ürəkdən gülürdü, yoxsa... Sən demə, bayaqdan İsgəndərovun müavini mayor İsmayılov da qərargahdan bizə baxırmış. İçəridən çıxa-çıxa qışqırdı ki, hansı şərəfsiz idi elə gülən? Üçümüz də susmuşuq. Daha doğrusu, Elnurla mən gözləyirik ki, Tural dillənəcək və üzrxahlıq edəcək. Mayor yanımıza gəlir və bir daha soruşur. Ardınca belə bir şərt qoyur-kim idisə boynuna almasa, daha pis söyüş söyəcəm. Təbii ki, bu zabitin tərbiyəsinin göstəricisidir. Yəni o təcrübəsindən-əgər varsa-istifadə edib bunu öyrənə bilərdi. Elnurla gözaltı Mehdiyevin üzünə baxırıq ki, bəlkə dillənə... Mayor dediyini edir... Mehdiyev dillənmir... Hə, indi yadıma düşdü, komendatura növbətçisi də Cabbarov Mahirdir-Turalın dostu, həm də yerli dediyi biri. Çünki Mahir Samuxdandır və bu bölgələr yaxın olduğundan onlar bir-birlərini yerli hesab edirdilər.

Mahir də Turalın güldüyünü eşitmişdi və yaxınlaşıb... daha nələr demədi...

Amma bundan da qəribəsi bizim belə bir hadisənin olduğunu iki gündən sonra Mehdiyevə sübut edə bilməməyimiz idi.

...Qayıdaq çərşənbəyə. Komendaturada böyük çərşənbə tonqalı qalanıb, uşaqlar da hardansa bir sınıq-salxaq fotoaparat tapıblar. Alovun üstündən tullanan kim, şaqqaşaq şəkil çəkdirən kim... Təəssüf elədiyim bir məqam da var burda... Gündəliyimdən olduğu kimi: “Murtuzalı Eminin sifəti şişib. Əsgərlər deyib-gülürlər, mayor İsmayılov da sevincimizə şərik olur. Lap mayor İsgəndərovun maaşlarımıza şərik olduğu kimi. Sevinsək də, danışıb-gülsək də, ürəklərdə bir nisgil, gözlərdə bir kədər, baxışlarda yazıqlıq var. Burda olan sadəcə cismimizdir...Gecə yuxum gəlmir. Saat birdə yatıram”.

Xoş günün dostu

Mart ayının 19-dur. Deyəsən, bir az soyuqlamışam. Məmmədli Mikayıla da demək istəmirəm. Çünki aramızda soyuqluq yaranıb, daha əvvəlki qədər yaxın deyilik. Həm də üç gün əvvəl ondan məsləhət istəyəndə sözün əsl mənasında məni yola vermişdi. Tərxisə 103 günüm qalıb.  2006 oktyabr çağırışçıları isə evə, ailələrinə dönmək üçün 12 gün saymalıdırlar.

...Şəxsi heyət ərazidədir. Bir neçə dəqiqədən sonra onlara ictimai hazırlıq dərsi keçməliyəm deyə, hazırlaşıram... Deyəsən bir az böyük səsləndi. İzah edim. Deməli, əslində bu dərsləri zabitlər keçməliydilər. Sadəcə yenə jurnalistika, azacıq yazı-pozu qabiliyyətimin “sayəsində” zibilə düşmüşdüm. Çünki gün sayan əsgərə dərs yazdırmaq, sonra da onu əzbərlətdirmək... ən sadəsi çox çətindir. İndi hamı sabahkı bayrama hazırlaşır. Kimdir dərs oxuyan?

Bugünkü xidmətim avtopark növbətçiliyindən ibarət olacaq. Xidmət yoldaşlarım isə kiçik çavuş Quliyev Orxan və  sonralar hər kəsin, o cümlədən də mənim böyük rəğbət bəslədiyim Əhmədov Seyfəddin, əsgərlərin diliylə desək “Seyfo”dur. Gecə saat 10-dur. Hər kəs “yat” komandasına hazırlaşdığı bir vaxtda Əliyev Sahil Zahid oğlu qəfildən yoxa çıxır. Bəlkə də qəfil olmamışdı bu hadisə, amma birdən yadımıza düşdü deyə ...

Hamı Əliyev Sahili axtarır...Tapıldı... Hardan? Yaxınlıqda hərbi hissənin təsərrüfat tipli bölməsi var. Şəki camaatı bura “donuzçuluq” deyir. Bax, həmin yerin yaxınlığında, yəni bizim komendaturanın iki kilometrliyində Sahilin əmisi yaşayır. Əvvəlcə əmisigilə, ordan da evlərinə gedibmiş. Bir neçə saatdan sonra atası maşına qoyub gətirmişdi.  Bir haşiyə də çıxım. Mövcud qanunvericilikdə əsgərin hərbi xidmətini qeydiyyatda olduğu yerdən yüz kilometr uzaqlıqda çəkməli olduğu göstərilir. Əliyev Sahil isə Ağdamdan məcburi köçkün düşüb, rəsmi qeydiyyatı başqa yerədir. Sadəcə, Şəkidə yaxşı heyvandarlıq təsərrüfatları və evləri var...

...Bayram günüdür-20 mart. 102 gündən sonra tərxis olunacağam. Hər kəs bayram əhval-ruhiyyəsinə qərq olmuş kimi görünür. Amma ürəklərdən agah olan Allahdır. Şəkinin Səməd Vurğun adına Mədəniyyət evinin “Həzin” instrumental ansamblı və bir neçə qadın-yəqin ki oranın işçiləridir-bizi təbrik eləməyə gəliblər. Əla musiqilər çalınır, rəqs edirik, əylənirik... 11:30-da başlayan tədbir saat 12-də yekunlaşır. Ardınca əsgərlərin ən yaralı yeri olan “06 28” gəlir. Bu komendaturaya gələn yük maşınının nömrəsidir. Hər kəs “kabusu” məhz belə adlandırır-06 28. Adətən, bu maşın dolu gələndə hər kəs xəstələnməyə çalışır...elə mən də...

Dostlar

“Döyüş bölümü”nə əsasən gecə saat 4-dən səhər 8-ə kimi 2006 oktyabr çağırışçısı olan Allahverdiyev Şəhriyarla NBM xidmətiyəm. Şəhriyar xəstələnir... İnanmıram ki, o bunu xidmətdən yayınmaq üçün etmişdi. Çünki Allahverdiyev də əsgərlikdə tanıdığım mərd oğlanlardan idi. Ümumiyyətlə, Şəhriyarla bağlı çox maraqlı xatirələrim var. Bu adam uzun müddət güləşlə məşğul olmuşdu, yaxşı meyxana deməyi var idi, şerlər, qəzəllər yazırdı. Amma hər zaman sıxlıqdan, qələbəlikdən kənar gəzirdi... Yəqin bunun da Şəhriyar üçün özəl bir mənası varmış. Axşam hərbi hissə komandiri Kamil Məmmədov-o əvvəl qərargah rəisi idi-əsgərlərə baş çəkib getdi. Şəhriyarı daha bir yaxın yoldaşım Mayılov Habil Qabil oğlu əvəzləyir. Habil Tərtərdə yaşasa da, əslən laçınlıdır. Sakit, kimsəylə işi olmayan, səliqəli, arabir özünəməxsus zarafatlar edən biridir. Ən yaxın dostu Tağıyev Sahildir. Hər ikisi 2007-ci ilin yanvar çağırışçılarıdır. Yəni bizimlə eyni vaxtda tərxis olunacaqlar...NBM-in əsas növbətçisi Hacıbəyov Samirin yuxu vaxtıdır. Səhər saat 5-də gələcək. Mayılov Habillə cibimizdə olan qoz, fındıq, konfet, şabalıdı qaynadılmış su ilə yeyirik... ləzzət... dünya bizimdir. Xidmətdə olan əsgər üçün bundan daha gözəl nə ola bilər? Bu gün həm də dostum Əliyev Elnur, Yusifov Soltan, Fərmanov İlkinlə birgə yeməkxanada xidmətə çıxıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTO 25 Yanvar 2020, 22:36 Kərimbəylililər də Vüqar Bayramov deyir - FOTO 25 Yanvar 2020, 22:29 Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a çatdı: 1466 yaralı var 25 Yanvar 2020, 22:11 Cavanşir Paşazadənin seçicilərlə izdihamlı görüşü - FOTOLAR 25 Yanvar 2020, 21:53 Çindən Azərbaycana gələnlər ciddi yoxlanılır - RƏSMİ 25 Yanvar 2020, 21:34 Həmişə  yanımızda olan deputatımıza yenə səs verəcəyik - FOTOLAR 25 Yanvar 2020, 21:19 Etiraz aksiyalarında 4 nəfər öldürüldü 25 Yanvar 2020, 21:02 Azər Kərimli seçicilərini evlərində ziyarət edir - FOTOLAR 25 Yanvar 2020, 20:47 Cəbrayıllılardan Ceyhun Məmmədova böyük dəstək - FOTOLAR 25 Yanvar 2020, 20:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır 25 Yanvar 2020, 20:14 Əhliman Əmiraslanova  ağır itki 25 Yanvar 2020, 20:00 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 25 Yanvar 2020, 19:33 Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşıladı - FOTO 25 Yanvar 2020, 18:00 Sumqayıtda mənzildə qadın meyiti tapılıb 25 Yanvar 2020, 17:58 Gürcüstan vətəndaşının Bakıda bank hesabı qarət edildi 25 Yanvar 2020, 17:45 Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram” 25 Yanvar 2020, 17:29 “5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:23 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31 Qobu Parkda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTO 25 Yanvar 2020, 16:26 XİN-dən Çindəki azərbaycanlılarla bağlı  YENİ AÇIQLAMA 25 Yanvar 2020, 16:24 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR 25 Yanvar 2020, 16:19 Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO   25 Yanvar 2020, 16:16 Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var - ÖZƏL 25 Yanvar 2020, 16:08 Heydər Əliyev Fondu Salyanda yeni məktəb binası inşa etdi - FOTOLAR 25 Yanvar 2020, 16:03 “Azərenerji” ASC-nin sədrinə ağır itki üz verdi 25 Yanvar 2020, 15:51 İt dişləməsindən ölən şagirdlə bağlı AÇIQLAMA: “Poliklinikaya getməyib” 25 Yanvar 2020, 15:40 Leriki Milli Məclisdə kim layiqincə təmsil edə bilər? - İqbal Məmmədov yoxsa digərləri... Niyə məhz İQBAL MƏMMƏDOV! 25 Yanvar 2020, 15:35 Azərbaycanda ödənişli xidmətlərin dəyəri rekord vurub 25 Yanvar 2020, 15:29  Könül Nurullayeva: "Seçicilərimi əl-ələ verib birgə çalışmağa səslədim” - FOTOLAR 25 Yanvar 2020, 15:24 AŞPA-da 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək 25 Yanvar 2020, 15:20 Prezident zəlzələ bölgəsindəki azərbaycanlı tələbələrlə bağlı TAPŞIRIQ VERİB 25 Yanvar 2020, 15:13
SORĞU Yeni parlamentdə kimlər olsun?