Modern.az

Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib

Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib

Ölkə

19 Yanvar 2020, 16:37

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə günün ikinci yarısı da seçilirlə görüş keçirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd İmişli rayonuna daxil olan Əliyetməzli və Məmmədli kəndlərində olub.

 

Deputatlığa namizəd Çingiz Qənizadə Qarabağ  qazisi seçicisini də evində ziyarət edib.

 

Daha sonra seçicilər deputatlığa namizəd Çingiz Qənizadəyə kənd yollarının pis olmasından şikayət ediblər. Sakinlər Məmmədli və Əliyetməzliyə yaxın ərazilərdə yolların bərbad vəziyyətdə olduğunu diqqətə çatdıraraq layihəyə salınmasına köməklik göstərilməsini rica ediblər. Çingiz Qənizadə məsələ ilə bağlı bir neçə ay bundan qabaq Azəravtoyol rəhbərliyi və Prezident Administrasiyası ilə əlaqə qurduğunu, xahişləri çatdırdığı söyləyib. Eyni zamanda deputatliğa namizəd layihələndirmənin işə salınması və yol çəkilməsini istədiyini də bildirib. Sonda seçicilər Cingiz Qənizadəyə səs verəcəklərini qeyd ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər