Modern.az

Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu

Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu

20 Yanvar 2020, 17:00

Azərbaycanın 2 futbolçusu milli komandadan uzaqlaşdırılıb.

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Modern.az-a bildirilib ki, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

 

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq