Modern.az

Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO

Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO

Aktual

20 Yanvar 2020, 18:56

Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsinə dair Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planı”na uyğun olaraq rayon məktəblərində, idarə, təşkilat və müəssisələrdə 20 yanvar şəhidlərinin xatirəsini yad etmək məqsəd ilə silsilə tədbirlər keçirilib.

 

İcra hakimiyyətindən Modern.az-a verilən məlumata yanvarın 20-də keçirilən ümumrayon anım mərasimində rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, 78 saylı Lerik Dairə Seçki komissiyasından Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş İqbal Məmmədov, YAP Lerik rayon təşkilatında yaradılmış seçki qərargahının üzvləri, rayonun hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri, məktəblilər rayonun girişində ucaldılan “Şəhidlər” abidə kompleksinin önündə tər gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. 

 

Anım mərasimində Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin şagirdlərinin ifasında ədəbi bədii kompozisiya nümayiş etdirilib.

 

Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edilib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?