Arxiv
21 Yanvar 2020, 13:45 | AKTUAL
“Viski terroru”nda saxlanılan tələbənin atası Rüstəm Usubovdan  kömək istədi, Ombudsmana təşəkkür etdi

Ombudsman Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri Bakı İstintaq Təcridxanasında saxta içki istehsalında şübhəli bilinərək saxlanılan İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi Talıblı İsmayıl Nazim oğluna baş çəkib.

 

Bu barədə Modern.az-a tələbəbinin atası, birinci qrup gözdən əlil Nazim Talıbov məlumat verib.

 

N.Talıbov operativ münasibətə görə, Ombudsman rəhbərliyinə təşəkkürünü bildirib:

 

“Sağ olsunlar, müraciət etdim, oğlumla maraqlanıblar. Ondan izahat alıblar. İsmayıl izahatında həmin mağazada ehtiyac üzündən, təhsili üçün satıcı işlədiyini bildirib. Həmçinin oğlumun xəstəliyilə də maraqlanıblar. Keçən dəfə sizə bildirdiyim kimi onun ayaqlarında “parez” xəstəliyi var. Onlar bildiriblər ki, məktub icradadır. Mən şəxsən Səbinə xanıma və qurumun məsul şəxslərinə təşəkkürümü bildirirəm”.

 

O qeyd edib ki, oğlu ilə görüşün baş tutmasına da Ombudsmanın müdaxiləsindən sonra nail olub:

 

“Həftənin şənbə günü lazımi vasitələri oğluma vermək üçün görüşə getdim, amma icazə vermədilər. Ombudsman Aparatına zəng edən kimi mənə dərhal kömək göstərdilər. Gözdən əlil olduğum, tez-tez gedib-gələ bilmədiyim nəzərə alınaraq görüşə icazə verdilər”.

 

Atası İsmayılın imthanlarda iştirak edə bilmədiyinə təəssüflənib:

 

“Mənim balamın indiyədək kəsri olmayıb. Saxlanıldığına görə 2 imtahanda iştirak edə bilmədi. Camaatın uşağı çayxanalarda vaxt keçirəndə o gecə-gündüz işləyib ki, təhsilini başa vura bilsin. Onun heç bir günahı yoxdur. Axı satıcı nə bilsin o şüşələrin içərisinə harada, nə doldurublar...

 

Mən gözdən əlil adamam, dövlətimə, onun qanunlarına güvənirəm. İnanıram ki, tezliklə ədalət bərqərar olacaq. Mən Baş prokurorun birinci müavini, cənab Rüstəm Usubovdan kömək istəyirəm. Onun ədalətinə sığınıram. Xahiş edirəm bir gəncin taleyinə biganə yanaşılmasın”.

 

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə yanvarın 10-da gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi kompleks əməliyyat tədbiri həyata keçirilib.

 

Aşkar olunan faktla bağlı Baş İdarədə mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda xeyriyyə aksiyası keçirdi     8 Aprel 2020, 16:39 Bakıda iş adamı karantini pozdu - maşınla yol qurğularını qırdı 8 Aprel 2020, 16:20 Koronavirusa qarşı süni virus YARADILDI 8 Aprel 2020, 16:14 Məhkumların azad edilməsi humanist siyasətin növbəti təzahürüdür - Kamilə Əliyeva   8 Aprel 2020, 16:08 Milli Məclisdən yaşı 65-dən yuxarı deputatlara ÇAĞIRIŞ 8 Aprel 2020, 16:02 Dövlət Agentliyinin səlahiyyətləri artırıldı - FƏRMAN 8 Aprel 2020, 15:56 Ünvanlı sosial yardım alan ailələrin sayı 9 min artıb - Son 10 gündə 8 Aprel 2020, 15:50 Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək öldü 8 Aprel 2020, 15:42 Baş Nazir karantinə görə Milli Məclisə GETMƏYƏCƏK 8 Aprel 2020, 15:35 “1 DONOR 2 HƏYAT” - Deputatdan qanvermə aksiyasına ÇAĞIRIŞ 8 Aprel 2020, 15:22 Dövlət Xidmətinin Çağrı Mərkəzinə 22320 müraciət daxil olub  8 Aprel 2020, 15:15 “Yaxın bir neçə il üçün doğum göstəriciləri aşağı düşə bilər” - Koronavirusa görə 8 Aprel 2020, 15:02 Məşhur müğənni koronavirusdan öldü 8 Aprel 2020, 14:56 Prezidentdən 35 min nəfəri sevindirəcək SƏRƏNCAM 8 Aprel 2020, 14:50 “Mətbuat işçilərinə də birdəfəlik yardım edilsin!” - Deputatlardan TƏKLİF 8 Aprel 2020, 14:44 İranda pandemiya qurbanlarının sayı 4 minə çatdı 8 Aprel 2020, 14:38 Ermənilər koronavirusa görə Laçının bu kəndini karantinə BAĞLADI 8 Aprel 2020, 14:32 31 deputat Milli Məclisin sabahkı iclasına getməyəcək - SƏBƏB AÇIQLANDI 8 Aprel 2020, 14:26 Psixoloq məsləhəti : “Təşviş zamanı zehninizin dərinliklərinə fokuslanın” 8 Aprel 2020, 14:20 50 il evli olmuş cütlük eyni gündə koronavirusdan öldü 8 Aprel 2020, 14:13 COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına TƏSİRİ    8 Aprel 2020, 14:00 Bakıda saxta jurnalist arayışları satanlar saxlanıldı - FOTO 8 Aprel 2020, 13:54 Karantin həkimindən polislərə çağırış: “Sənədlər təmas edilmədən yoxlanılmalıdır” 8 Aprel 2020, 13:48 Komitədən evdə oturan kişilərə tövsiyə: “Ev işlərini görməkdə kömək edin” 8 Aprel 2020, 13:42 Təbiətə verilən müvəqqəti İSTİRAHƏT – Koronavirus iqlimi necə DƏYİŞƏCƏK? 8 Aprel 2020, 13:36 Ordumuzda snayperlərin hazırlığı yoxlanılır - FOTO+VİDEO 8 Aprel 2020, 13:31 Bakıda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir - FOTO 8 Aprel 2020, 13:26 Koronavirus və NUHUN TUFANI 8 Aprel 2020, 13:20 “Vaksin tapılana qədər koronavirus yox olacaq” 8 Aprel 2020, 13:15 Sabah 14 dərəcə isti olacaq   8 Aprel 2020, 13:10 Bu sahibkarlara 250 manat yardım ediləcək 8 Aprel 2020, 13:04 Biz birlikdə güclüyük - ailələrə yardım kampaniyası - VİDEO 8 Aprel 2020, 12:58 "Dərs vaxtı" verilişinin aprelin 9-u üçün CƏDVƏLİ müəyyənləşib 8 Aprel 2020, 12:52 “Mədəniyyət /Culture” jurnalının 2020-ci ildə ilk sayı işıq üzü gördü   8 Aprel 2020, 12:46 Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə! 8 Aprel 2020, 12:40