Modern.az

Çin rəsmiləri pijama geyinənlərə görə üzr istədi

Çin rəsmiləri pijama geyinənlərə görə üzr istədi

Aktual

21 Yanvar 2020, 16:10

Çinin Anhui əyalətinin Suzhou şəhərində dövlət rəsmiləri ictimai yerdə pijama geyinən insanlara görə əhalidən üzr istəyib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bazar ertəsi rəsmilər “mədəniyyətsiz davranış” adlandıraraq, müşahidə kameralarına düşən yeddi pijamalı sakinin şəkillərini dərc edib.

 

Onlar milli bir “mədəni şəhər” yarışmasına qatıldıqlarını və sakinlərin ictimai yerlərdə pijama geyinməsinə qadağa olduğunu bildirib.

 

Həmin şəkillərin yayınlanması internetdə narazılıqlara səbəb olub. Bəziləri ictimai yerdə pijama geyinməkdə heç bir qəbahət olmadığını deyib, bəziləri isə dövlətin insanların həyatına müdaxilə etdiyini bildirib.

 

Əfsanə ŞƏRİF

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü