Modern.az

Musa Qasımlı kənd sakinləri ilə görüşüb

Musa Qasımlı kənd sakinləri ilə görüşüb

21 Yanvar 2020, 19:20

Dünən 20 Yanvar hadisələrinin 30-cu  ildönümü tamam olub.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Musa Qasımlı Bakıdakı Şəhidlər xiyabanında uyuyan şəhidlərimizi ziyarət edərək Allahdan onlara rəhmət diləyib.

Bu gün isə deputatlığa namizəd rayona gələrkən yolüstü Sırıq kəndində seçicilərlə görüşüb.

Kənd sakinləri Musa Qasımlını böyük hərarətlə qarşılayaraq ona səs verəcəklərini bildiriblər. Musa Qasımlı hər kəsə təşəkkür edib.

 

Daha sonra deputatlığa namizəd Musa Qasımlı Köryədi kəndində Əliş müəllim Ağamirzəyevin bacısının yaş mərasimində iştirak edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu