Modern.az

Hadi Rəcəbli gənclərlə Həzi Aslanovun  abidəsi önündə - FOTOLAR

Hadi Rəcəbli gənclərlə Həzi Aslanovun  abidəsi önündə - FOTOLAR

22 Yanvar 2020, 14:24

Prezident İlham Əliyev 2020-ci ildə iki dəfə sovet ittifaqı qəhrəmanı, tank qoşunları generalı Həzi Aslanovun 110 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

 

Sərəncamla bağlı ölkə üzrə yerlərdə geniş miqyaslı işlər aparılır, gənclərin hərbi-vətənpərvərlik ruhunda böyüməsi işində mühüm addımlar atılmaqdadır.

 

Bu gün - 22 yanvar  Həzi Aslanovun doğum günündən 110 il ötür.

 

Modern.az xəbər verir ki, Lənkəran 74 saylı kənd seçki dairəsindən deputatlığa namizəd Hadi Rəcəbli bir qrup gənc ilə vaxtilə onun Lənkəran şəhər  icrayə komitəsinin sədri olarkən ucaltdığı Həzi Aslanovun heykəli önünə gələrək generalın  xatirəsini  yad ediblər.

 

Heykəl ətrafında toplaşan gənc seçicilər Həzi Aslanovun 74 saylı dairəyə aid Gərmətük kəndində anadan olmasını, bu kənd sakinlərinin hamılıqla seçkilərdə Hadi Rəcəbliyə səs verəcəyini xüsusi vurğulayıblar.

 

Heykəl ətrafında hərbi təhsil almış mülki geyimdə olan zabitlər də çıxış ediblər. Hadi Rəcəbli Həzi Aslanovun 110 illiyi ilə bağlı verilən sərəncama görə hörmətli prezidentimiz İlham Əliyev cənablarına təşəkkürünü və dərin minnətdarlığını bildirib.

 

Anım gününün iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir