Arxiv
22 Yanvar 2020, 13:06 | AKTUAL
9659 fermerin torpaq sənədləri peykdən yoxlandı

“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərə dair bəyan edilmiş məlumatların peykdən çəkilmiş fotolar, məsafədən zondlama metodları və digər stasionar vasitələrlə kameral yoxlamaları davam edir. Peyk yoxlamalarının əsasını Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi Məlumatlar Bazasına daxil edilmiş ortofotolar, müxtəlif vektorizasiya məlumatları, “Azərkosmos”dan alınmış peyk şəkilləri, layihələrin nəticələri, məsafədən zondlama metodları təşkil edir”.

 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) Modern.az-a verilən məlumatda bildirilib ki, artıq ölkə üzrə 10 rayonda “Azərkosmos”dan çəkilmiş şəkillər əsasında yoxlamalar başa çatıb:

 

“Yoxlamalar hər rayonda təsadüfi yolla seçilmiş 3 kənd üzrə aparılıb. Zərdab, Samux, Ağsu, Siyəzən rayonlarından sonra Ağcabədi (Avşar, Gəlabədin, Hacıbədəlli kəndləri), Balakən (Katex, Şərif, Qazma), Beyləqan (Kəbirli, Dünyamalılar, Təzəkənd), Göygöl (Mollacəlilli, Yeni Zod, Quşqara), Oğuz (Böyük Söyüdlü, Padar, Bucaq) və Sabirabad (Axısxa, Qəzli, Bulduq) rayonlarında torpaq sahəsi və əkin bəyanları barədə məlumatların peyk vasitəsilə kameral yoxlaması başa çatıb. Peyk çəkilişləri ilə 10 rayon üzrə 9659 fermerin torpaq sənədləri və payızlıq əkinlə bağlı bəyan etdiyi məlumatlar yoxlanılıb. Yoxlamalar zamanı uyğunsuzluq şübhəsi doğuran sənədlərə dair bildirişlər göndəriləcək və həmin ərazilərdə yerində yoxlamalar aparılacaq. Yoxlamalar başa çatdıqdan sonra fermerin EKTİS-ə daxil etdiyi elektron bəyannamələr yekun olaraq təsdiqlənəcək və fermerə ödəniləcək məbləğ müəyyən ediləcək”.

 

Qeyd edilib ki, EKTİS-də bəyan edilmiş torpaq məlumatlarına (torpağın sənədi, əkin aparılan sahə və s.) və payızlıq əkin növünə (arpa, buğda, yonca və s.) dair bəyannamənin düzgünlüyünə fermer məsuliyyət daşıyır:

 

“Bu səbəbdən fermerlərə bəyan etdiyi məlumatlarda səhvlər varsa, düzəliş etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etmək tövsiyə olunur.

 

Yanvarın 22-dək 260 min fermerin şəxsi kabinetində əkin subsidiyası ilə bağlı elektron ərizə formalaşdırılıb. Fermerlər 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq elektron ərziə formasını təsdiq etməli və ya müvafiq düzəlişlərin edilməsi üçün DAİM-ə yaxınlaşmalıdırlar. Etiraz edilməyən ərizələr avtomatlaşdırılmış qaydada monitorinqə yönləndirilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 14 bağlanmış bankın 11 milyon manatdan çox vergi borcu var 31 May 2020, 10:46 Hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ 31 May 2020, 10:40 Jurnalistlər Diaspor Komitəsinin pandemiya dövründəki işini belə QİYMƏTLƏNDİRDİLƏR 31 May 2020, 10:35 Pakistanda koronavirusa yoluxanların sayı kəskin artdı 31 May 2020, 10:34 Qəbələdə azyaşlı və heyvan sürüsü bataqlıqda köməksiz vəziyyətdə qalıb 31 May 2020, 10:30 2 azərbaycanlının öldürüldüyü dava ilə bağlı HÖKM VERİLDİ 31 May 2020, 10:25 Türkiyədəki azərbaycanlı gənclərin onlayn I Forumu təşkil edilib 31 May 2020, 10:20 Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var - 7539 vakant yer müsabiqəyə çıxarılır 31 May 2020, 10:15 Cavanşir Feyziyev Şirinbulaq sakinləri ilə görüşüb - FOTO 31 May 2020, 10:15 Braziliyada yeni anti-rekord - bir gündə 30 min yoluxma 31 May 2020, 10:10 Dolların bu aya olan son məzənnəsi AÇIQLANDI 31 May 2020, 10:04 Cəbhədə vəziyyət gərgindir - Müdafiə Nazirliyi məlumat yaydı  31 May 2020, 09:58 UNEC-in 90 illik yubileyi ərəfəsində 9-cu ikili diplom proqramı haqqında müqavilə imzalanıb 31 May 2020, 09:55 Çində koronavirusa yoluxanların sayı 83 mini keçdi 31 May 2020, 09:49 Tramp “Böyük yeddilik”in sammitini təxirə saldı 31 May 2020, 09:43 Şərqdə muğam dəstgahlarının ilk ifaçısı - HƏYAT HEKAYƏSİ 31 May 2020, 09:40 Səudiyyə Ərəbistanı da koronavirusa görə Çini geridə qoydu 31 May 2020, 09:38 Deputat may ayı ərzində 700-dən çox seçici problemi dinlədi - FOTO   31 May 2020, 09:33 ABŞ-da qərargahlaşan şəbəkələr barədə ABŞ qərarı…  31 May 2020, 09:26 Rusiyada terrorçular belə məhv edildi - Video 31 May 2020, 09:22 Türkiyədən erməni kilsəsinə hücumla bağlı açıqlama 31 May 2020, 09:18 Avropa Birliyindən Trampa çağırış - Qərarını dəyiş! 31 May 2020, 09:14 Şəki küçələrində gəzən ayı ilə bağlı açıqlama - VİDEO 31 May 2020, 09:11 Yaddan çıxmış sənətkarlar: “Böyük dayaq”ın Yastı Salmanı - O, Xalq artisti adını niyə ala bilmədi?.. - FOTOLAR 31 May 2020, 09:10 Merkel G7-dən niyə imtina etdi? - Fikir ayrılığı  31 May 2020, 09:09 İrana qarşı yeni sanksiyalar tətbiq olundu 31 May 2020, 09:04 Estoniya karantin tələbi olmadan 22 ölkə ilə sərhədlərini açır 31 May 2020, 08:59 Meksikada koronavirusa yoluxanların sayı 87 min 500-ü keçdi 31 May 2020, 08:58 ABŞ-da aksiyalar zamanı 1400-dək etirazçı saxlanıldı 31 May 2020, 08:53 Xərçəng dərmansız müalicə olunacaq? 31 May 2020, 08:46 Nyu-Yorkda etirazlar zamanı 70-dən çox adam həbs olundu 31 May 2020, 08:45 Milli Məclis iclas çağırdı - Bu gün cərimələrin məbləği dəqiqləşəcək 31 May 2020, 08:43 ABŞ-ın Atlanta şəhərinə 1500 nəfərlik milli qvardiyaçılar göndəriləcək 31 May 2020, 08:40 Məscidlərdə kütləvi ibadətə icazə verildi - İordaniyada 31 May 2020, 08:37 Tovuzda minaatan mərmisi aşkarlandı 31 May 2020, 08:28