Arxiv
22 Yanvar 2020, 15:30 | AKTUAL
Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkına baxış keçirdi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Yüksək Texnologiyalar Parkına baxış keçirib, müəssisədə yaradılmış iş şəraiti ilə tanış olub.

 

Akademiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlcə AMEA İşlər idarəsinin müdiri, YTP-nin direktoru, texnika elmləri doktoru, professor Elton Məmmədov AMEA rəhbərliyinə Yüksək Texnologiyalar Parkının xəritəsi əsasında ərazinin plan-sxemi üzrə ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkında innovasiyayönümlü tədqiqat işlərinin istehsalatda yüksək texnologiyalarla tətbiqinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.

 

Elton Məmmədov Azərbaycan Respublikası üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələr, tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalar üzərində tətbiqi və müxtəlif təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi yüksək texnologiyaların istehsalı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi və perspektivdə duran layihələrin həyata keçirilməsinə dair mövcud vəziyyətlə tanış edən YTP direktoru Parkda görülən işlər barədə ətraflı məlumat verib.

Son iki ay ərzində ərazidə aparılan tikinti-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən Parkın əvvəl və sonra dronla çəkilmiş vizual görüntüsü AMEA rəhbərliyinin diqqətinə təqdim edilib.

 

Sonra AMEA rəhbərliyi Xəzərətrafı regionda yeganə qaz laboratoriyası kimi neft və qaz məhsullarının analizi aparılan Elmi-analitik sınaq laboratoriyası ilə tanış olub. Buradakı elmi-tədqiqat işləri, beynəlxalq və yerli müəssisələrlə, həmçinin neft və qaz sektoruna aid elmi-tədqiqat institutları ilə bağlanmış müqavilələr barədə Akademiya prezidentinə geniş məlumat verilib.

 

Həmçinin Ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası, Təcrübə otağı, Təcrübə-sənaye zavodu və rezidentlərin iş şəraitinə baxış keçirilib, mülki, eləcə də müdafiə xarakterli istehsal sahələri və istehsal prosesləri ilə tanışlıq olub.

Laboratoriya müdirləri və istehsal müəssisələrinin rəhbərləri AMEA Rəyasət Heyətinin üzvlərinə gördükləri işlər barədə ətraflı məlumat veriblər.

Tədbir ərazidə son iki ayda aparılmış tikinti-quruculuq, yaşıllıq-abadlaşdırma işlərinə baxışla başa çatdırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoyub 25 Fevral 2020, 23:36 “Bir-birimizə arxayıq, bir-birimizə dayağıq”  - Azərbaycan Prezidenti 25 Fevral 2020, 23:23 Yer kürəsinə yaxınlaşan asteroidləri kənarlaşdırmaq mümkün olacaq 25 Fevral 2020, 23:17 “Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həlli üçün əsas maneədir” - İlham Əliyev 25 Fevral 2020, 23:04 Ərdoğan Bakıda futbol matçını Əliyevlə birgə izləmək istəyir 25 Fevral 2020, 22:53 Məhkəmələrin seçkilərlə bağlı fəaliyyəti tam başa çatmayıb 25 Fevral 2020, 22:41 Çempionlar Liqası və Avropa Liqası turniri dayandırıla bilər 25 Fevral 2020, 22:33 MSK seçkilərə yekun vurdu: sənədlər Konstitusiya Məhkəməsinə göndərilir 25 Fevral 2020, 22:19 "Gənclər Azərbaycanda seçki prosesində yüksək rol oynadı" - MSK sədri 25 Fevral 2020, 22:07 Bakıda mənzildə 35 yaşlı qadının meyiti tapıldı 25 Fevral 2020, 21:49  Moldova "Xocalıya ədalət" şüarı  altında fleş-mob keçirildi - FOTOLAR 25 Fevral 2020, 21:36 Müəllimi özünü dənizə atan qızdan yazdı: "Nə bilərdim ki..." 25 Fevral 2020, 21:22 14 türk Ankaraya aparıldı 25 Fevral 2020, 21:07 Masazır sakini güllələnərək öldürülüb 25 Fevral 2020, 20:53 Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO 25 Fevral 2020, 20:36 Zaqatalada itkin düşən məktəbli tapılıb - FOTO 25 Fevral 2020, 20:18 87 məntəqə seçki komissiyası buraxılıb 25 Fevral 2020, 20:01 Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb 25 Fevral 2020, 19:40 Qalmaqallı dairədə daha 2 məntəqənin nəticələri etibarsız sayıldı 25 Fevral 2020, 19:32 İlham Əliyev Ərdoğanın şərəfinə şam yeməyi verdi - FOTO 25 Fevral 2020, 19:23 Erkin Qədirlinin şikayəti təmin olunmadı 25 Fevral 2020, 19:20 MSK daha 10 məntəqədə seçkilərin nəticələrini ləğv edib 25 Fevral 2020, 19:14 Tərtərdə 30 yaşlı kişi dəm qazından zəhərləndi 25 Fevral 2020, 19:10 İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının VİDEOÇARXI 25 Fevral 2020, 19:03 Siyasilərin koronavirus məsləhəti: Digər xəstəliklər koronavirusdan çox adam öldürür - QORXMAYIN 25 Fevral 2020, 18:57 Cənubi Koreyada Xocalı üçün milli petisiyası yaradıldı 25 Fevral 2020, 18:42 İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib 25 Fevral 2020, 18:36 Azərbaycan və Türkiyə prezidentləri birgə mətbuat önünə çıxdı - FOTOLAR 25 Fevral 2020, 18:26 Azərbaycan-Türkiyə sənədləri imzalanıb 25 Fevral 2020, 18:16 MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək 25 Fevral 2020, 18:14 Goranboyda 70 yeni iş yeri açılacaq 25 Fevral 2020, 18:11 Güclü külək Bərdə və Tərtərdə fəsadlar törədib 25 Fevral 2020, 18:08 MSK-dan Fatma Yıldırımın dairəsi ilə bağlı QƏRAR 25 Fevral 2020, 18:04 Ağdamda mənzildən 28 min dollar oğurlayan şəxs saxlanıldı 25 Fevral 2020, 18:03 Musa Quliyevin dairəsində iki məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 18:02