Arxiv
22 Yanvar 2020, 18:40 | AKTUAL
Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO

Yanvarın 22-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Cəbrayıldan olan məcburi köçkünlərin evində olub, həyətlərdə onlarla görüşüb.

9 fevral Parlamentə keçiriləcək növbədənkənar seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Cəbrayıldan olan məcburi köçkünlərin evlərində olub, həyətlərdə sakinlərlə görüşüb.

 

Modern.az xəbər verir ki, daha sonra YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və seçicilərin iştirakı ilə tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, xalqa, Vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmləndirilməsinə və dinamik inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb.

 

Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycan regionun lider dövlətinə çevrilib.

 

A.Fərzəliyev qarşıdan gələn növbədənkənar parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.

 

Ceyhun Məmmədov seçicilərlə görüş zamanı seçki platforması haqqında geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğullu istiqamətində görəcəyi işlər barədə danışıb.

 

C.Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb.

 

Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və özünün yeni bəhrələrini verir. Ceyhun Məmmədov daha sonra vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. O, ölkənin daha da inkişafı və tərəqqisinə xidmət edən yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak edəcəyini nəzərə çatdırıb. Ölkəmizdə bütün sahələrin yüksələn xətlə inkişaf etdiyini bildirən Ceyhun Məmmədov səhiyyənin daha əlçatan olması, təhsilin səviyyəsinin yüksəldilməsi, gənclərdə elmə, biliyə marağın artırılması istiqamətində çalışacağını vurğulayıb.

 

O, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlarını səfərbər edəcəyini, Qarabağ həqiqətlərinin dünyada daha geniş təbliğinə çalışaçağını, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün səy göstərəcəyini, onların evlə təmin olunmaları istiqamətində addımlar atacağını qeyd edib. Ceyhun Məmmədov, həmçinin milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işində, gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsində fəal iştirak edəcəyini də vurğulayıb. Daha sonra Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Ceyhun Məmmədov haqqında ümumi məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan-Azərbaycan sərhədində 2 İran vətəndaşı Gürcüstana buraxılmadı - RƏSMİ 27 Fevral 2020, 12:14 Havalar istiləşsə, koronavirus azalacaq? 27 Fevral 2020, 12:09 Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər AÇIQLANDI 27 Fevral 2020, 12:04 İranda koronavirusdan ölənlərin sayı 22-yə çatıb 27 Fevral 2020, 11:58 Tələbələrin köçürülməsinin NƏTİCƏLƏRİ 27 Fevral 2020, 11:57 QMİ-dən koronavirusa görə Həcc ziyarətinin dayandırılması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:51 Elmar Qasımov İstanbulda beynəlxalq tədbirə qatılıb 27 Fevral 2020, 11:46 Dövlət Turizm Agentliyi: “Koronavirus bazarımıza mənfi təsir edəcək” 27 Fevral 2020, 11:44 Azərbaycanda hotellərə ulduzların verilmə qaydası AÇIQLANDI 27 Fevral 2020, 11:38 Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır 27 Fevral 2020, 11:37 Heydər Əliyev Fondu sabiq icra başçısının gəlinin müalicəsini öz uzərinə götürdü 27 Fevral 2020, 11:34 Bilet əldə etmək ova icazə verilməsi demək deyil - NAZİRLİK 27 Fevral 2020, 11:28 Polis “Əmioğlu”nu həbs etdi - FOTO 27 Fevral 2020, 11:23 DSX-dən Azərbaycan-Gürcüstan sərhədinin bağlanması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:18 Bir gündə yol qəzalarında 5 nəfər öldü - RƏSMİ 27 Fevral 2020, 11:14 Xocalıya görə təzminat: Hərbi Prokurorluq fərdi müraciəti məsləhət görür 27 Fevral 2020, 11:09 “Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb” - Gömrük Komitəsi 27 Fevral 2020, 11:04 ““BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər”  27 Fevral 2020, 10:57 Gürcüstanda 4 Azərbaycan vətəndaşı koronavirus şübhəsilə nəzarətə GÖTÜRÜLDÜ 27 Fevral 2020, 10:55 Nazir Xətainin Bakıdakı heykəlinin köçürülməsindən DANIŞDI 27 Fevral 2020, 10:51 Gürcüstanda koronavirus tapılan şəxslə bağlı Nazirlikdən rəsmi AÇIQLAMA 27 Fevral 2020, 10:45 Bakı-Gürcüstan avtobuslarının gediş-gəliş dayandırılıb? - RƏSMİ 27 Fevral 2020, 10:39 Kapital Bank yenilənən Siyəzən filialını istifadəyə verdi 27 Fevral 2020, 10:32 Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək 27 Fevral 2020, 10:26 Səudiyyə Ərəbistan Ümrə ziyarətini dayandırdı 27 Fevral 2020, 10:23 ÜST: Koronavirusdan 2761 nəfər ölüb 27 Fevral 2020, 10:18 ABŞ Konqresində Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2020, 10:15 Bakıda kütləvi dava: Yaralılar var 27 Fevral 2020, 10:14 Gürcüstan Azərbaycana gediş-gəlişi qismən məhdudlaşdırdı 27 Fevral 2020, 10:11 Azərbaycanda yeni doğulan buzova görə 100 manat verilir – MÜSAHİBƏ 27 Fevral 2020, 10:06 Danimarkada da koronavirus aşkarlandı 27 Fevral 2020, 10:04 UNEC-in Zaqatala filialında yenilik 27 Fevral 2020, 10:04 Bakı polisi bir gündə 20 nəfəri saxladı 27 Fevral 2020, 10:01 Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib 27 Fevral 2020, 09:57 “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücü bərpa edildi - VİDEO 27 Fevral 2020, 09:50