Arxiv
24 Yanvar 2020, 09:54 | İQTİSADİYYAT
Azərbaycanda üstünlük verilən AVTOMOBİLLƏR

“İlin sonu və əvvəli avtomobil bazarı üçün passiv dövr hesab olunur. Demək olar ki, bu, bütün ilər üçün xaraketrikdir. Adətən bazarda aktivlik fevral ayının ikinci ongünlüyündən başlayır. Amma ümumilikdə son vaxtlar avtomobillərin qiymətlərində müəyyən artım meylləri müşahidə olunur. Buna da qəbul olunan inzibati qərarlar, idxalın məhdudlaşdırılması, yeni standartların tətbiqi, gömrük rüsumlarındakı və şərtlərindəki dəyişikliklər və s. təsir göstərir”.

 

Avtomobil bazarında bahalaşma gözlənilir

 

Bunu Modern.az-a açıqlamasında ekspert Ramil Osmanlı avtomobil bazarındakı vəziyyət və proqnozlarla bağlı danışarkən bildirib.

 

Bu il üçün proqnozlara gəlincə, R.Osmanlı qeyd edib ki, istismarda olan avtonəqliyyat vasitələri, xüsusilə dəyəri 20 min manatdan aşağı olanların qiymətində 10 faizlik artım gözlənilir:

 

“Böyük həcmli nəqliyyat vasitələrində də 4-5 faizlik artım olacaq”.

 

Azərbaycanlıların maraq göstərdiyi avtomobil markaları

 

Onun sözlərinə görə, hazırda Azərbaycanın avtomobil parkı genişləndikcə, Rusiya istehsalı olan nəqliyyat vasitələrinin bazardakı payı sürətlə azalır:

 

“Düzdür, 3-4 il əvvələdək təklif paketində təqribən 30 faiz payla “Mercedes Benz” üstün idi. Amma 2015-ci ildən “Avro-4” standartlarının tətbiqindən sonra “Mercedes”in payı azalmağa doğru getdi və bu gün 18 faiz civarındadır. Rusiya istehsalı olan nəqliyyat vasitələrinin bazardakı payı 7-8 faiz arasında dəyişir.

Mən bazarı ümumi qiymətləndirməyin əleyhinəyəm. Çünki burada ilkin və təkrar bazar amillərini nəzərə almaq lazımdır. Təkrar bazarda yenə də üstünlük Almaniya istehsalı olan nəqliyyat vasitlərinin payına düşür. Burada”Mercedes”, “BMW”, “Opel”, “Volkswagen” markaları var.

 

Amma ilkin bazarda daha çox pay Yaponiyanın “Tayota”, “Nissan”, Cənubi Koreyanın “Hundai” və “KİA” modellərinin payına düşür. Bu markaların payının ilkin bazarda artımı təkrar bazara da təsir göstərməyə başlayıb. Bu gün təkrar bazarda “Tayaota”nın payı 10 faizə yaxınlaşır. Bu mənada düşünürəm ki, avtomobil parkının yenilənməsi növbəti illərdə Rusiya istehsalı olan avtomobillərin bazarda payını bir qədər də azaldacaq. Eyni zamanda, Almaniya istehsalı olan nəqliyyat vasitələrinin payı da sürətlə aşağı düşəcək. Əvəzində “Tayota”, “Nissan”, “Hundai” və “KİA”nın bazarda payı artacaq.

Ümumlikdə bu gün orta statistik azərbaycanlının müraciət etdiyi avtomobillərin qiyməti təxminən 17-18 min manat arasındadır”.

 

“Niva” tendensiyası...

 

R.Osmanlı bir müddət əvvəl Rusiya istehsalı olan “Niva”lara marağın artması tendensiyasının səngidiyini bildirib:

 

“Əlbəttə bu, qısamüddətli tendensiya idi. Amma Rusiya istehsalı olan avtomobillər yalnız “Niva”larla məhdudlaşmır. Hətta elə markalar var ki, onların Azərbaycana idxalı dayandırılıb. Hətta bəziləri artıq istehsal edilmir. Yeni markaların idxaldakı xüsusi çəkisi isə olduqca aşağıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25 BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər 8 Aprel 2020, 18:22 İran parlamenti karantin müddətini uzatmayıb 8 Aprel 2020, 18:18 TƏBİB sədrindən vətəndaşlara MÜRACİƏT - “Qan verin, çünki çətinliklərimiz ola bilər” 8 Aprel 2020, 18:14 Rusiya və Ermənistan XİN rəhbərləri Qarabağı müzakirə etdi 8 Aprel 2020, 18:12 Azərbaycanda həkim koronavirusa YOLUXDU 8 Aprel 2020, 18:11 Azərbaycan martda gündəlik 763,9 min barrel neft hasil edib 8 Aprel 2020, 18:07 Dolların sabaha olan məzənnəsi  8 Aprel 2020, 18:02 Nazirlər Kabinetindən maskaların qiyməti ilə bağlı AÇIQLAMA 8 Aprel 2020, 18:01 Təhlükənin miqyası o dərəcədə böyükdür ki, fövqəladə hal istisna olunmur - İbrahim Məmmədov 8 Aprel 2020, 17:59 TƏBİB-in sədri: “Karantin yerlərində yoluxma halları artır” 8 Aprel 2020, 17:52 Minskdə qalan azərbaycanlılar Prezidentə və birinci xanıma təşəkkür etdi - VİDEO 8 Aprel 2020, 17:51 Nazirlər Kabineti: “Karantin müddəti uzadıla bilər” 8 Aprel 2020, 17:45