Modern.az

Sabahdan məktəblərdə qış tətili başlayır

Sabahdan məktəblərdə qış tətili başlayır

24 Yanvar 2020, 13:11

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.

 

Modern.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

 

5 günlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) təşkil edəcək. 

 

Tətildən sonra altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beş günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu