Modern.az

Xadimə işlədiyi evdən 5000 manatlıq qızıl oğurladı

Xadimə işlədiyi evdən 5000 manatlıq qızıl oğurladı

24 Yanvar 2020, 13:22

Bakıda xadimə işlədiyi evdən 5000 manatlıq oğurluq edib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə yanvarın rayon ərazisindəki mənzillərin birindən 22-də saat 10-dan 23-dək olan müddətdə 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova saxlanılıb və o, bu cinayət əməlini törtəməsini etiraf edib.

Sizə yeni x var
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?