Arxiv
24 Yanvar 2020, 17:50 | AKTUAL
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını açan MŞ sədri Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

 

Modern.az xəbər verir ki, ilk olaraq MŞ-nin 2020-ci il üçün iş planı müzakirə edilib. Planda Şuranın Nizamnamə tələblərinə uyğun olaraq həyata keçirəcəyi fəaliyyətin konkret məqamları əksini tapıb. Bunlar başlıca olaraq komissiyaların və İdarə Heyətinin iclaslarının keçirilməsindən ibarətdir. Eyni zamanda təqvimdəki əlamətdar günlərlə bağlı toplantıların təşkili də planda əsas yer tutub. İH üzvləri milli mətbuatımızın 145 illik yubileyinə hazırlıq məsələləri üzərində də dayanıblar. Bildirilib ki, mövcud istiqamətdə ayrıca fəaliyyət planının hazırlanmasına ehtiyac var. Həmin plana nəinki ölkəmizdə, habelə mətbuat tariximiz baxımından mühüm əhəmiyyət daşıyan xarici ölkələrdə tədbirlərin təşkili barədə müddəaların əlavə edilməsi məqbul qiymətləndirilib. Müzakirələrdən sonra MŞ-nin 2020-ci il üçün iş planı təsdiqlənib.

 

İclasda MŞ sədri Əflatun Amaşov tərəfindən İH üzvlərinə Şuranın 2019-cu ildəki fəaliyyətinin ayrı-ayrı tərəfləri barədə də məlumat verilib. Şura sədri bildirib ki, hesabat cəmiyyətə açıqlanıb. İH üzvləri verilən məlumatı məqbul qiymətləndiriblər. Onlar prosedur qaydalara uyğun olaraq reallaşdırılacaq fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini də səsləndiriblər.

 

İclasda MŞ-nin “qara siyahı”sı ilə bağlı məsələ də müzakirə edilib. Bildirilib ki, “qara siyahı”nın tətbiq edilməsi jurnalistikadan sui-istifadə hallarına qarşı tutarlı ictimai qınaq tədbiridir. Orada yer alan kütləvi informasiya vasitələrinin işində peşə prinsiplərinə zidd hallar olub. “Qara siyahı”nın cəmiyyətdə doğurduğu effekt isə onu deməyə əsas verir ki, Şuranın bu tədbiri lazımlı idi.

 

İH üzvləri eyni zamanda onu da nəzərə alıblar ki, məlum siyahıda yer alan KİV-lərin əksər hissəsi çap mediasıdır və onlar hazırda ya fəaliyyətlərini davam etdirmir, ya da barələrində şikayətlər daxil olmur. Elə media qurumları da var ki, həmin siyahıdan çıxmaq üçün Şuraya müraciətlər ünvanlayıblar və bu məqama həssas yanaşılmalıdır. Həssas yanaşılmalı məqamlardan biri də MŞ-nin missiyası ilə bağlıdır. Bu missiya media orqanlarının həm işlərinə məsuliyyətlə yanaşmalarını təmin etməyə, həm də yol verdikləri nöqsanlardan nəticə çıxararaq fəaliyyətlərinə davam etmələrinə şərait yaratmağa, reabilitasiya imkanlarının dəyərləndirilməsinə köklənib. Belə bir istək MŞ-yə ünvanlanmış müraciətlərdə əksini tapıb. Şuranın müxtəlif KİV-lərlə əlaqədar araşdırmaları da onların işlərində dönüş yaratdıqlarını deməyə əsas verir. Buna görə də “qara siyahı”dakı media orqanlarının adlarının həmin siyahıdan çıxarılmasına ehtiyac yaranıb. Məsələ müzakirə edildikdən sonra qəbul edilib.

 

İclasda o da bildirilib ki, internet informasiya resurslarının sayının sürətlə artdığı hazırkı şərait üçün yeni yanaşmalar tələb olunmaqdadır. Məsələyə münasibətdə daha adekvat mexanizmlərin seçilməsi vacibdir. Bununla bağlı təkliflər verilməsi üçün iş aparılması məqbul sayılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Almaniyada 9 nəfər güllələndi   20 Fevral 2020, 11:04 Bazar günü 15738 bakalavr imtahan verəcək  20 Fevral 2020, 10:44 Azərbaycan hərbçisinin meyiti neytral ərazidən götürülüb - FOTO 20 Fevral 2020, 10:38 Qalib namizədlər dəyişə bilər – Seçkilərdə daha bir SÜRPRİZ 20 Fevral 2020, 10:32 Paytaxt polisi 36 cinayətin üstünü açdı 20 Fevral 2020, 10:27 Kaliforniya Universitetində Azərbaycana dair mühazirə keçirildi - FOTO 20 Fevral 2020, 10:22 Bu gün sərnişinlər metrodan pulsuz istifadə etdi 20 Fevral 2020, 10:16 Çox kitab oxumaq, kompüterdən çox istifadə gözü zəiflətmir - MÜSAHİBƏ 20 Fevral 2020, 10:10 Binəqədidə “Dövlət və Din” görüşü 20 Fevral 2020, 10:00 Daha bir marşrut xətti vahid kart sisteminə keçir 20 Fevral 2020, 09:55 Fransa polisi Elşad Abdullayevin işini araşdırır 20 Fevral 2020, 09:50 Jurnalistin döyülməsi ilə bağlı polisdən rəsmi AÇIQLAMA 20 Fevral 2020, 09:46 Kəndlərimiz pulemyotlardan atəşə tutuldu 20 Fevral 2020, 09:40 Cocuq Mərcanlıda 25 ailə üçün təsərrüfat yaradılıb 20 Fevral 2020, 09:34 Dövriyyədə saxta metal pul var? Rəsmi CAVAB 20 Fevral 2020, 09:28 Bakının mərkəzində avtobus piyadanı vurub öldürdü 20 Fevral 2020, 09:22 Gəncənin Baş planı hazırlanır 20 Fevral 2020, 09:15 “Ermənistanlıyam”, “Qərbi Azərbaycanlıyam”, “Gürcüstanlıyam” deməyin – SƏBƏB 20 Fevral 2020, 09:09 Arıqlamaq üçün ən effektiv ÜSULLAR 20 Fevral 2020, 09:03 Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək 20 Fevral 2020, 08:26 Çempionlar Liqası: “Tottenhem”lə “Valensiya” bacarmadılar 20 Fevral 2020, 08:22 Bu ölkələr pullarını yuyacaq - virus əleyhinə 20 Fevral 2020, 08:10 Buxara şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunur 20 Fevral 2020, 08:00 Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb 20 Fevral 2020, 07:46 Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13 Batan  miqrant qayığında 14 nəfər öldü 19 Fevral 2020, 23:54 ABŞ-da gənc reper qətlə yetirildi 19 Fevral 2020, 23:38 Paşinyan yenə Qarabağa gəlir 19 Fevral 2020, 23:29 Gəncədə reyd zamanı 160-dan artıq sürücü cərimələndi 19 Fevral 2020, 23:14 Qızılın qiyməti 7 illik rekordu yenilədi 19 Fevral 2020, 22:54 10 yaşlı uşaq 5 ayda 250-dən çox kitab oxudu - VİDEO 19 Fevral 2020, 22:40 Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTOLAR 19 Fevral 2020, 22:25 Bakıda dava zamanı iki nəfər bıçaqlanıb 19 Fevral 2020, 22:12