Modern.az

Aqil Abbas Kürdlər kəndində seçicilərlə görüş keçirib - Fotolar

Aqil Abbas Kürdlər kəndində seçicilərlə görüş keçirib - Fotolar

25 Yanvar 2020, 12:10

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Ağcabədi rayonun Kürdlər kəndində seçicilərlə görüş keçirib. 

 

Modern.az xəbər verir ki, artıq 15 ildir ki, seçiciləri ilə mütəmadi görüşlər keçirən Aqil Abbası kənd camaatı yüksək əhval ruhiyyədə qarşıladılar. Onlar bu illər ərzində etimad göstərdikləri deputatları ilə səmimi söhbət etdilər, rayonda , kənd və kənd yollarında aparılan abadlıq işlərindən, dövlətin əhalinin sosial rifahına yönəli atdığı addımlardan razı qaldıqlarını bildirdilər. 

 

Öz növbəsində də deputatlığa namizəd seçicilərinə 9 fevral tarixində keçiriləcək seçkilərdə aktiv olmağı tövsiyyə etdi. Və bütün bu illər ərzində olduğu kimi yenə də onların şikayət və problemlərini dinləməyə hazır olduğunu, həllində bütün imkanları ilə çalışacağını dilə gətirdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi