Modern.az

Musa Qasımlının izdihamlı görüşləri davam edir - FOTOLAR

Musa Qasımlının izdihamlı görüşləri davam edir - FOTOLAR

26 Yanvar 2020, 17:33

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı seçiciləri ilə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Yardımlı rayonunun  idarəçilik, təsərrüfat, maarif və mədəniyyət həyatında xüsusi yet tutmuş, adları indi də hörmətlə xatırlanan şəxslərin çıxdığı Şəfəqli kəndində olub.

Həmçinin, ətraf kəndlərdən də gələn insanların iştirak etdiyi görüş maraqlı və səmimi keçib. Çıxış edən ağsaqqallar və gənclər Musa Qasımlının ötən illərdəki fəaliyyətindən razı qaldıqlarını, eyni zamanda arzu və istəklərini söyləyiblər.

Sonda seçicilər artıq seçim etdiklərini və səslərini Musa Qasımlıya verəcəklərini deyiblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...