Modern.az

Ceyhun Bayramov şagird sıxlığı olan məktəblərdən DANIŞDI

Ceyhun Bayramov şagird sıxlığı olan məktəblərdən DANIŞDI

Aktual

27 Yanvar 2020, 11:36

"Azərbaycanda müsbət demoqrafik artım var. Son illərdə ümumi təhsil sahəsində orta hesabla şagirdlərin sayı 50 min nəfər artıb".

 

Modern.az-ın  xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair mətbuat konfansında deyib.

 

Nazir bildirib ki, bir sıra yaşayış məntəqələrində kifayət qədər yüksək şagird sıxlığı mövcuddur:

 

"Bu məsələ hər zaman bizim diqqət mərkəzimizdədir. Xəzər rayonu Binə qəsəbəsi, Binəqədi rayonu kənd Binəqədi, Sulutəpə, Xırdalan şəhəri, Masazır və Saray yaşayış məntəqələrində şagird sıxlığı mövcuddur. Adları çəkilən ərazilərlə bağlı tapşırıqlar icra olunmaqdadır. Belə ki, layihələndirmə işlərinin aparılması, əlavə torpaq sahələrinin ayrılması, əlavə məktəb korpuslarının inşaası nəzərdə tutulub”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi