Modern.az

Həcc ziyarətinə sənəd qəbulu başladı

Həcc ziyarətinə sənəd qəbulu başladı

Ölkə

27 Yanvar 2020, 15:24

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.

 

Qafqaz Müsəlmanları İdarəsindən Modern.az-a verilən məlumata görə, sənədlərin qəbulu mayın sonuna qədər davam edəcək.

 

Həcc ziyarətinin qiyməti 4490 dollar olacaq. Qeyd edək ki, ötən il ziyarətin qiyməti 4285 dollar təşkil edib.

 

Ötən il olduğu kimi, bu il də kvotaların sayı (1400) eynidir.

 

Qeyd edək ki, 2019-cu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb və ziyarətin qiyməti 4285 ABŞ dolları təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi