Modern.az

BDU-da kadr dəyişikliyi - İki prorektor, bir dekan işdən ÇIXARILDI  

BDU-da kadr dəyişikliyi - İki prorektor, bir dekan işdən ÇIXARILDI  

27 Yanvar 2020, 17:06

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

 

Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunub.

 

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub. 

 

Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı, Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir