72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı seçicilərlə görüşlər keçirib.
Modern.az xəbər verir ki, deputatlığa namizəd təbliğat- təşviqat kampaniyasını Yardımlı rayonunun Çayüzü və Perimbel kəndlərində seçicilərlə görüşlərini davam etdirib.
Hər iki kənddəki toplantıda çıxış edənlər Musa Qasımlının ötən müddətdəki deputatlıq fəaliyyətindən razı qaldıqlarını vurğulayıblar. Bəzi arzu və istəklərini dilə gətiriblər.
Kənd sakinləri artıq seçimlərini etdiklərini və 9 fevralda səslərini Musa Qasımlıya verəcəklərini bildiriblər.
Sonda Musa Qasımlı Çayüzü və Perimbel kəndlərinin seçicilərinə minnətdarlığını vurğulayıb.