Arxiv
28 Yanvar 2020, 17:12 | AKTUAL
Yol polisi "Sədərək" dairəsində sürücülərə "tələ qurulması" xəbərini təkzib etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakıda yol polisinin sürücülərə tələ qurması ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə bağlı aparılmış xidməti araşdırmanın nəticələri barədə məlumat yayıb.

 

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a bildirib ki, “Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı aparılmış xidməti araşdırma nəticəsində müəyyən edilib ki, 17.01.2020-ci il tarixdə saat 10:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində, "Sədərək" ticarət mərkəzinin yaxınlığındakı dairəyə yaxınlaşan “Hyundai Tucson” markalı, 99-SE-113 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq nömrə nişanının palçıqlı olması səbəbindən yaxşı görünmədiyi üçün həmin ərazidə xidmət aparan BDYPİ-nin Ekoloji nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, lakin sürücü işlədiyi yerə çatdığını və avtomobili işlədiyi obyektin yanındakı yuma məntəqəsinə verəcəyini bildirərək məsuliyyətə cəlb edilməməsini xahiş edib.

 

Sürücü verdiyi şifahi izahatında YPX inspektorlarının məsələyə anlaşıqlı yanaşaraq ona xəbərdarlıq etdiklərini bildirib və bu görüntülərə görə kiminsə xəyali şərhinə əsaslanıb əməkdaşlar haqqında intizam tədbirlərinin görülməməsini xahiş etməklə məsələnin araşdırılmadan ictimailəşdirilməsini ədalətsiz yanaşma kimi qiymətləndirib.

 

K.Əliyevin sözlərinə görə, qeyd olunan avtomobilin sürücüsü özü haqqında məlumatların mətbuat vasitəsilə açıqlanmasının əleyhinə olduğunu bildirsə də məsələnin ictimailəşməsi və saxlanılan şəxsin həqiqətən də onun olması faktının təsdiqlənməsinin vacibliyi diqqətinə çatdırıldıqdan sonra o, ad və soyadının çəkilməməsi şərti ilə idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları barədə məlumatın ictimailəşməsinə razılıq verib.

 

Araşdırma zamanı eləcə də müəyyən edilib ki, həmin patrul avtomobilini idarə edən YPX inspektoru tərəfindən xidmət müddətində, yəni 8 saat ərzində həmin dairədə 7 dəfə dönmə əməliyyatı aparılıb, lakin qeyd olunan “Hyundai Tucson” markalı avtomobildən başqa hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə bir sutkada 674 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 20:30 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 5 Aprel 2020, 20:27 Fəzail Ağamalı qarət olmasından DANIŞDI 5 Aprel 2020, 20:22 AMEA karantin rejimində necə İŞLƏYİR? 5 Aprel 2020, 20:16 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 5 Aprel 2020, 20:15 Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT 5 Aprel 2020, 20:04 Azərbaycanda koronavirusdan daha 2 şəxs vəfat etdi 5 Aprel 2020, 19:33 Koronavirusa yoluxan keçmiş Baş Nazir öldü 5 Aprel 2020, 19:07 “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ 5 Aprel 2020, 18:40 Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10 Şəkidə icazəsiz hərəkət edənlər barəsində qanunauyğun tədbirlər görülüb 5 Aprel 2020, 17:02 Mingəçevirdə qaydaları pozan 12 nəfər cərimələnib 5 Aprel 2020, 16:58 “Relax”da karantin müddətini başa vuran 197 nəfər evə buraxılıb - VİDEO 5 Aprel 2020, 16:44 Portuqaliyada daha 754 nəfər koronavirusa yoluxub 5 Aprel 2020, 16:44 FHN koronavirusla mübarizə üçün çağırış edib - VİDEO 5 Aprel 2020, 16:35 Bu ölkədə də koronavirus aşkarlandı 5 Aprel 2020, 16:34 Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb 5 Aprel 2020, 16:22 Qubada 18 yaşlı oğlan yanaraq ölüb 5 Aprel 2020, 16:12 Bakıda icazə olmadan hərəkət edən şəxslər barədə tədbirlər görülüb 5 Aprel 2020, 15:58 İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib 5 Aprel 2020, 15:46 Azərbaycan millisi dünya reytinqində irəliləyib 5 Aprel 2020, 15:41 Xoşmissiyalı koronavirus 5 Aprel 2020, 15:37 Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı 5 Aprel 2020, 15:20 İndoneziyada koronovirusa yoluxanların sayı 2270 nəfəri ötüb 5 Aprel 2020, 15:15 Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır- Polad Bülbüloğlu 5 Aprel 2020, 15:11 Rusiyada koronavirusa yoluxanların sayı 5 400 nəfərə çatır 5 Aprel 2020, 15:05 Hondurasın eks-prezidenti ABŞ-da öldü 5 Aprel 2020, 14:58 "Fənərbağça"nın kapitanı azərbaycanlılara müraciət etdi  5 Aprel 2020, 14:51 İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü 5 Aprel 2020, 14:48 Naftalanda onlayn Yoqa məşğələləri – Evdə qal, sağlam qal! 5 Aprel 2020, 14:45