Modern.az

Deputat və həyat yoldaşı öldürüldü

Deputat və həyat yoldaşı öldürüldü

Aktual

28 Yanvar 2020, 19:26

Rusiya Federasiyası Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Kaliniçenko adına dənli bitkilər Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın evində meyiti tapılıb.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub.

 

İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib.

 

Hüquq-mühafizə orqanları araşdırma aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI