Arxiv
28 Yanvar 2020, 21:53 | AKTUAL
Jalə Əliyeva seçicilərlə görüşdü – FOTOLAR

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən növbəti dəfə deputatlığa namizəd, professor Jalə Əliyeva seçki kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Modern.az  xəbər verir ki, deputatlığa namizədin Zərdab rayonunun Çallı, Məlikumudlu, Çilovxanlı, Alıcanlı kəndlərinin və Bəyimli qəsəbəsinin sakinləri ilə Məlikumudlu kəndində görüşü baş tutub.

Bu görüş də əvvəlki görüşlər kimi, səmimi ortamda, izdihamlı və coşqulu keçib.

Görüşdən əvvəl deputatlığa namizədin seçicilərlə onların evlərində ənənəvi fərdi görüşləri olub və bu görüşlərdə də səmimi, isti müzakirə, fikir mübadiləsi aparılıb.

Eyni zamanda, deputatlığa namizədlə görüş zamanı əvvəlki görüşlərdə olduğu kimi, J. Əliyevanın Milli Məclisdəki (MM) fəaliyyətindən bəhs edən videofilmin nümayişi olub və film iştirakçılar tərəfindən təqdirlə qarşılanıb, dəfələrlə alqışlanıb.

Görüşdən çıxış edənlər-Məlikumudlu kənd sakinləri Ətraf Dünyamalıyev, Telman Balakişiyev, Cəfər Şıxəliyev deputatlarına onları MM-də bu illər ərzində ləyaqətlə təmsil etdiyinə görə minnətdarlıqlarını bildiriblər.

Alıcanlı kənd sakini Ərşah Cavadov isə millət vəkilinə rayonun  və adları çəkilən kəndlərin problemlərini daimi olaraq MM-də gündəliyə çıxardığına, həmin bölgələrin ən böyük problemi olan su çatışmazlığı, kanal, yol probleminin həlli istiqamətində əməli addımlar atdığına, əlaqədar təşkilatlara müraciətlərinə görə təşəkkürünü çatdırıb.

Qeyd edək  ki, Ə. Cavadov ötən il 813 kq barama təhvil edərək, respublika baramaçıları arasında birinci yeri tutub və buna görə ölkə Prezidenti İlham Əliyev tərəfindən  “Üçüncü dərəcəli Əmək ordeni”nə layiq görülüb.


Seçicilər bu xəbəri bir daha sürəkli alqışlarla qarşılayıblar.

Deputatlığa namizəd isə  ölkə Prezidentinin bu Sərəncamını əməyə, zəhmətə verilən böyük  qiymət kimi dəyərləndirib.

Daha sonra çıxış edənlər də ölkə Prezidentinə, ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya  hər bir vətəndaşın qayğılarına, problemlərinə öz problemləri kimi  yanaşdıqları üçün təşəkkürlərini bildiriblər.

Eyni zamanda, çıxışçılar  deputatlarının daim dövlətinin yanında olduğuna, fəaliyyəti ilə dövlətçiliyə xidmət etdiyinə, dövləti ilə seçiciləri arasında bir körpü rolu oynadığına görə minnətdarlıqlarını bildiriblər.

Onlar həmçinin, bir neçə həlli vacib məsələlərin-örüş yerləri, əkin sahələrinin suvarılması ilə bağlı problemlərin də aradan qaldırılmasına köməklik göstərilməsini deputatlarından xahiş ediblər.

İştirakçılar bununla yanaşı, rayonun bütün kəndlərinin qazlaşdırılmasında göstərdiyi təşəbbüslərə görə, deputatlarına minnətdarlıqları bildirib, hələlik qazsız qalan 4 kənddən biri olan Çilovxanlı kəndinə qaz xəttinin çəkiləcəyinə inamlarını ifadə edərək, bu məsələnin həllinə də J. Əliyevanın köməklik göstərməsini xahiş ediblər.

Qeyd etmək yerinə düşər ki, millət vəkilinin fəaliyyətindən və onun fəaliyyətini əks etdirən videoyazılarla deputatlığa namizədin rəsmi “Facebook” səhifəsindən də tanış olmaq olar.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42 BMU-nun tələbəsi Almaniyanın Koblenz Universitetinə təcrübə keçəcək   19 Fevral 2020, 12:35 Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - FOTO 19 Fevral 2020, 12:29 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib - FOTO 19 Fevral 2020, 12:22 PA-nın şöbə müdiri parlament seçkilərindən yazdı: “Geriyə dönmək artıq mümkün deyil” 19 Fevral 2020, 12:15 Nailə Mirməmmədliyə BDU-da vəzifə verildi 19 Fevral 2020, 12:08 Gəncədə müzakirələr: Regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi - FOTOLAR         19 Fevral 2020, 12:02 Prezident Administrasiyasına bu məhkəmələrdən şikayətlər artıb - SİYAHI 19 Fevral 2020, 11:56 Məktəblilərə siqaret satanlar cərimələndi 19 Fevral 2020, 11:50 Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var 19 Fevral 2020, 11:44 Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq - YENİLİKLƏR 19 Fevral 2020, 11:38 Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək 19 Fevral 2020, 11:32 “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması çətin məsələ deyil” - MÖVQE 19 Fevral 2020, 11:31 Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var 19 Fevral 2020, 11:28 Polis 25 cinayətin üstünü açdı 19 Fevral 2020, 11:22 Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirliklər - TAM SİYAHI 19 Fevral 2020, 11:15 Almaniya səfiri: “Azərbaycanla ortaq mədəniyyət mərkəzləri yaradılacaq” - VİDEOMÜSAHİBƏ 19 Fevral 2020, 11:08 “BakuBus”ın sürücüsü  noutbuku sahibinə qaytardı 19 Fevral 2020, 11:02 Şagirdlər arasında V İngilis dili olimpiadası keçiriləcək 19 Fevral 2020, 10:56 Koreyada oxumaq istəyənlərin nəzərinə 19 Fevral 2020, 10:50 BTA-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri Goranboyda olub 19 Fevral 2020, 10:45 Prezidentə daha çox müraciət edən “MİRZƏLƏR”  19 Fevral 2020, 10:40 Sahibkarlar mallarını icbari sığorta etdirsinlər - TƏKLİF 19 Fevral 2020, 10:34 BANM-nin tələbələri Malayziyada qalib oldular - FOTO 19 Fevral 2020, 10:29 Prezidentə ən çox bu rayonlardan şikayət gəlir - SİYAHI 19 Fevral 2020, 10:23 “Qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsiyik” - Baş konsul 19 Fevral 2020, 10:16 Lənkəranda ötən ilin yekunları müzakirə edilib - FOTO 19 Fevral 2020, 10:10 Binəqədidə qanvermə aksiyası keçirilib - FOTO 19 Fevral 2020, 10:05