Arxiv
29 Yanvar 2020, 09:05 | ƏDƏBİYYAT
Abay Kunanbayevin “Qara Söz”ü Modern.az-da - Doqquzuncu söz

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

DOQQUZUNCU SÖZ

 

Mən qazaxam.  Qazaxları bəyənirəm , ya bəyənmirəm?  Əgər bəyənsəydim o zaman onların davranışlarını bəyənərdim. Və yaxud da xasiyyətlərində  ürəyəyatımlı bir nişanə  görüb sevinər, təsəlli tapardım. Onların nümunəvi davranışlarından zövq alıb, işıqlı gələcəklərinə ümid edərdim. Bütün adətlərimizi, ənənələrimizi  qeyb ediblər.

Hərdən fikirləşirəm ki, gərək  heç əvvəldən məclislərinə gedib, süfrələrində əyləşməyəydim, sözümü-sirrimi danışmayaydım, məsləhətləşməyəydim, işləri ilə maraqlanmayaydım, “Nə var, nə yox?”- deyib əhvallarını  xəbər almayaydım. Bunlar olmasaydı, indi mən də  rahat olardım. Və onların köçündən ayrılıb gedərdim. Belə baxıram ki, bunların dəyişməyinə ümid yoxdur, öyərənər deyə bir gözləntim də yoxdur. Bu dediklərimin  heç biri bunlarda yoxdur.  Bu necə olur axı?  Necə yəni, bunlardan heç birinə  arxa çevirib , söykənmək olmazmış?

Özüm diri olsam da, diri sayılmıram. Heç bilmiriəm ki, insanlardan doymuşam, yoxsa özüm-özümdən doymuşam, ya ki, bunun bir başqa səbəbi var? Üzdən canlı görünsəm də, içəridən ölüyəm.  Hirslənsəm də, qəzəbimi boğuram. Gülsəm də ürəkdən gülmürəm, söylədiklərim də sanki öz sözüm deyil, gülüşüm özümünkü olmadığı kimi. Nəyim varsa, heç biri mənim deyil. Mən gəncliyimdən qazaxları çox sevərdim, onlara inanardım. Heç vaxt düşünməzdim ki, nə vaxtsa, onlardan üz döndərəcəyəm. İnsanlarımızı tanıyandan sonra isə  bütün ümidlərim qırıldı. Ayrılıb getmək istəyəndə baxdım ki, daha əvvəlki gücüm-taqətim qalmayıb, bu yaşımda  doğma yurdu atıb hara gedim, kimə sığınım? Ona görə də sinəmin altında bir boşluq var.  Hərdən də fikirləşirəm ki, elə belə yaxşıdır, öləndə “Heyif, əzizlərim başsız qaldı”-  deyib, gözlərim  arxada qalmayacaq. Rahatca ayaqlarımı uzadıb, bu dünyadan köçəcəyəm.

1892-ci il.

 

Tərcümə etdi: Aida Eyvazlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Təyinat təsdiqlənənə qədər vəzifəmi yerinə yetirəcəyəm” - Erkan Özoral 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlər necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdəki Baş Konsulluğumuz Qara Yanvar faciəsi barədə film hazırlayıb - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29 Tramp yeni siyasi partiya yaradır 20 Yanvar 2021, 08:23 Azərbaycanda zəlzələ oldu 20 Yanvar 2021, 08:14 “Gördün...? Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13 “Cəlladlarla bir partiyada olmaq istəmirəm” - İsmaylı Şıxlının 20 Yanvar qətliamından sonrakı ÇIXIŞI 20 Yanvar 2021, 02:04 20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX 20 Yanvar 2021, 01:48 Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO 20 Yanvar 2021, 01:29 Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik” 20 Yanvar 2021, 01:21 Aviaşirkətlərin sərnişin daşımaları kəskin azalıb 20 Yanvar 2021, 00:59 Trampdan Amerika xalqına vida müraciəti 20 Yanvar 2021, 00:44 Çempion səfərdə uduzdu 20 Yanvar 2021, 00:33