Modern.az

Seçiciləri Ağalar Vəliyevi yenidən deputat görmək istəyir - FOTO

Seçiciləri Ağalar Vəliyevi yenidən deputat görmək istəyir - FOTO

Aktual

29 Yanvar 2020, 11:47

Bu gün ölkə gündəminin ən önəmli mövzusu Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdir. Seçkilərə hazırlığın gedişatı, deputatlığa namizədlərin seçkiqabağı görüşləri, onların həyat və fəaliyyəti, mənəvi və işgüzar keyfiyyətləri, millət vəkili kimi gördükləri və görəcəkləri işlər cəmiyyətin bütün təbəqələrində müzakirə obyektinə çevrilib.

 

Yeni Azərbaycan Partiyasından 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Ağalar Vəliyev artıq bir neçə gündür ki, adıçəkilən rayonların qəsəbə və kəndlərində seçiciləri ilə müntəzəm görüşlər keçirir. Kütləvi görüşlərdən əvvəl Ağalar Vəliyev özünün həyat amalına və iş prinsiplərinə uyğun olaraq ilk növbədə dövlətimiz qarşısında xidmətləri olan, imtiyazlı ailələrlə, o cümlədən Milli Qəhrəman və şəhid ailələrinin evlərində onların ailə üzvləri ilə səmimi şəraitdə görüşməyə üstünlük verib.

 

Belə ki, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində, Tap Qaraqoyunlu və Tatarlı kəndlərində Milli Qəhrəmanlar Yunis Əliyevin, Niyazi Aslanovun və Sərxan Ocaqverdiyevin ailə üzvləri ilə keçirilən görüşlərdə prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu qəbildən olan insanlara gündəlik diqqət və qayğısından söz açılıb.

 

Milli Qəhrəman Sərxan Ocaqverdiyevin anası Gülzar Ocaqverdiyeva deputatlıq fəaliyyəti dövründə Ağalar Vəliyevin şəhid ailələrinə və Qarabağ əlillərinə xüsusi həssaslıqla yanaşdığını, onların sosial problemlərinin həllinə hər zaman dəstək göstərdiyini və bu qəbildən olan 850 aztəminatlı ailəyə hər bayramda bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatlarının çatdırdığını bildirib. Milli Qəhrəman anası rayonun şəhid ailələrinin ümumi fikrini ifadə edərək Ağalar Vəliyein yenidən Milli Məclisin deputatı kimi görmək istədiklərini dilə gətirib.

 

Son günlər ərzində mütəmadi olaraq Goranboy rayonunun Aşağı Ağcakənd, Qaraçinar, Zeyvə , Şəfəq, Səfikürd, Nərimanlı, Boluslu , Tap Qaraqoyunlu, Tərtər rayonunun Sarov kəndində yüzlərlə seçicinin iştirakı ilə keçirilən görüşlərdə deputatlığa namizəd Ağalar Vəliyev ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının prezident İlham Əliyev tərəfindən müasir dünyanın tələbləri və çağırışları səviyyəsində uğurla davam etdirilməsi sayəsində son 16 il ərzində ölkəmizin əldə etdiyi nailiyyətlər və ardıcıllıqla həyata keçirilən köklü islahatları xüsusilə vurğulayıb. Deputatlığa namizəd bildirib ki, görülmüş bütün işlər, xüsusilə sosial islahatlar paketi dövlətimizin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşının dayandığını sübut edir.

 

Goranboy rayonu Ağsaqqallar Şurasının sədri Tariyel Abbasovun fikrincə Ağalar Vəliyev 2015-2019-cu illərdə 97 saylı Goranboy –Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı olduğu dövrdə uğurlu dövlət siyasətinə hər zaman dəstək verib və adı çəkilən rayonlarda həyata keçirilən quruculuq və abadlıq işlərinə öz köməkliyini əsirgəməyib. Ağsaqqallara, ağbirçəklərə, ahıl insanlara olan həssas münasibət onların Ağalar Vəliyevin yenidən millət vəkili kimi görmək istəyində ifadə olunub.

 

Daha bir ağsaqqal təhsil işçisi İbrahim Həsənov və müəllimə Məlahət İsmayılova Ağalar Vəliyevin millət vəkili kimi ölkədə həyata keçirilən insan kapitalının formalaşdırılması siyasətinin və gələcəyimiz olan gənclərin təhsilə marağının stimullaşdırılması məqsədilə gördüyü işlərdən söhbət açıb və bu illər ərzində 1566 əlaçı şagirdin mükafatlandırdığını qeyd ediblər.

 

Səfikürd kənd ziyalısı Nizaməddin Məmmədov seçicilərlə keçirilən görüşdə xüsusilə vurğulayıb ki, məhz deputat tərəfindən həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində son dörd il ərzində 3 rayonun məzunlarından  500-dən yuxarı bal toplayan 577 tələbə, 600-dən yuxarı bal toplayan 229 tələbə, o cümlədən onun oğlu 700 bal toplayan Kənan Məmmədli millət vəkilinin təşəbbüsü ilə mükafatlandırılıb. Gələcəyimiz olan yeniyetmə və gənclərin təhsilinə göstərdiyi qayğıya görə təhsil işçiləri Ağalar Vəliyevi yenidən millət vəkilliyinə layiqli namizəd hesab edir.

 

97 saylı seçki dairəsinə daxil olan rayonların nüfuzlu ziyalı insanları İsgəndər Səklikov, Müsəddiq Qədimov və başqaları deputat kimi onun hər zaman milli-mənəvi və dini dəyərlərimizə  hörmətlə yanaşdığını və bu illər ərzində aztəminatlı mömin seçicilərdən 17 nəfərin Həcc ziyarətinə,120 nəfərin isə Məşhəd ziyarətinə göndərilməsinin təşəbbüskarı olduğunu bildirərək Ağalar Vəliyevin yenidən millət vəkili görmək istədiklərini vurğulayıblar.

 

Seçicilərlə görüşlər əsnasında  rayonun bir sıra tanınmış simaları, o cümlədən goranboylu iş adamı Fəxrəddin Mustafayev və başqaları 2016 -cı ilin şanlı Aprel döyüşləri günlərində deputatın bilavasitə təmas xəttində yerləşən Goranboy və Ağdam rayonlarının Tap Qaraqoyunlu, Zeyvə, Mahrızlı və digər kəndlərində yerli əhali və hərbçilərlə birgə olduğunu və onlara hər cür dəstək göstərdiyini qeyd ediblər. Bu insanların fikrincə, məhz belə bir cəsarətli ictimai xadimin yenidən onları Milli Məclisdə təmsil etməsi məntiqli olardı.

 

Bir çox seçicilərin səmimi fikridir ki, Ağalar Vəliyev seçki dairəsi üzrə rəqibi olan digər deputatlığa namizədlərə hörmətlə yanaşaraq öz alicənablığını nümayiş etdirir və oponentlərilə siyasi rəqabətdən qətiyyən çəkinmədyini büruzə verir. Təsadüfü deyil ki, Ümid Partiyasından 97 saylı seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Məhəmməd Böyükkişiyev Ağalar Vəliyevlə səmimi görüşündə onun deputat kimi fəaliyyətini yüksək dəyərləndirib və millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlərlə bağlı məlumatlı olduğunu bildirərək, onun deputatlığa daha layiqli namizəd olduğunu vurğulayıb. Məhz bu amillərə görə Məhəmməd Böyükkişiyev, deputatlığa namizədlikdən imtina edərək Ağalar Vəliyevin seçkiqabağı təbliğat-təşviqat kampaniyasına fəal dəstək verəcəyini qeyd edib.

 

Ağalar Vəliyevin səmimi və işgüzar şəraitdə keçən görüşlərində sadə insanlar, zəhmət adamları, ziyalılar və yerli ictimaiyyətin digər təbəqələrinin nümayəndələri doğma Azərbaycanımızın uğurlu  gələcəyi, dövlətimizin güclənməsi və xalqımızın rifahının yüksəlməsi naminə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi kimi ona səs verəcəklərini və bununla da vətəndaşlıq borclarını layiqincə yerinə yetirəcəklərini bildiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi