Modern.az

Pomidor, qızıl, fındıq... – Azərbaycanın neftdən sonra ən çox pul qazandığı SAHƏLƏR

Pomidor, qızıl, fındıq... – Azərbaycanın neftdən sonra ən çox pul qazandığı SAHƏLƏR

İqtisadiyyat

29 Yanvar 2020, 12:34

“2019-cu ildə qeyri-neft sektoru üzrə 1 milyard 954 milyon ABŞ dolları dəyərində mal ixrac olunub”.

 

Bu barədə Modern.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin kommunikasiya departamentinin rəhbəri Zənurə Talıbova məlumat verib. Z.Talıbova 2018-ci illə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixracın15,7 faiz yəni 265 milyon dollar artdığını bildirib:

 

“Ötən il ərzində Rusiyaya 690,6 milyon, Türkiyəyə 401,8 milyon, İsveçrəyə 179 milyon, Gürcüstana 159,1  milyon və Ukraynaya 50,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Rusiyaya qeyri-neft ixracı 11,5 faiz, Türkiyəyə 16,5 faiz,  İsveçrəyə 32,2 faiz, Gürcüstana 27,8 faiz və Ukraynaya 24,6 faiz artıb.2019-cu il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına isə pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 172,4 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (124,2 milyon ABŞ dolları) üçüncü olub”. 

 

Z.Talıbova 2019-cu ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqdaqərarlaşan şirkətlərin adını açıqlayıb:

“ "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC,  "Global Export Fruits" MMC, “Sun Food" MMC, "Natural Fruit" MMC, "Baku Steel Company", "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "P-Aqro" MMC ilk onluqda qərarlaşır. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda: "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərikimya" İB, "Bakı Neft Maşinqayırma Zavodu" TASC təmsil olunur”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar