Modern.az

Doktorantlar Prezidentə müraciət etdi

Doktorantlar Prezidentə müraciət etdi

29 Yanvar 2020, 12:56

Xəbər verdiyimiz kimi, fəlsəfə doktorluğu elmi adı almaq üçün müzakirədən keçmiş dissertasiyaların Ali Attestasiya Komissiyası tərəfindən yenidən ilkin müzakirəyə qaytarılması qərarı bir çox gənc alimin narazılığına səbəb olub. Bu səbəbdən də bir qrup doktorant və dissertant Ali Attestasiya Komissiyasının qərarı ilə bağlı ölkə başçısına müraciət edib.

 

Şikayətçilər tərəfindən Modern.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti I vitse-prezident Mehriban xanım Əliyevaya

Bir qrup doktorant və dissertantdan

 

MÜRACİƏT

 

Möhtərəm cənab Prezident İlham Əliyev!

 

Sizə bu məktubu yazmağımızın səbəbi Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar çıxarması və onun yaratdığı ciddi narahatlıqdır.

 

Nəzərinizə çatdıraq ki, biz tədqiqatçılar son zamanlar Sizin Azərbaycanda başlatdığınız islahatları, elmin inkişafı və stimullaşdırılması naminə atdığınız hər bir addımı yüksək dəyərləndirir, dəstəkləyir və bu aspektdə gələcəyə böyük ümidlə baxırıq. İmzaladığınız hər bir Fərman və Sərəncam gənc bir tədqiqtçı kimi bizi öz vəzifələrimizə daha məsuliyyətlə yanaşmağı zəruri edir.   

 

Sizin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanla təsdiq etdiyiniz “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” bütün parametrləri üzrə elmi inkişafın müasir tələblərinə cavab verdiyi, vətəndaşların hüquq və maraqlarına xidmət etdiyi halda, AAK-nın Rəyasət Heyətinin 13 dekabr 2019-cu il 13-R nömrəli Qərarı  Prezident Fərmanına və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun gəlmir, elmin inkişafını stimullaşdırmır və vətəndaş hüquqlarını pozur. AAK-nın sözügedən qərarı mövcud qanunvericiliyə uyğun qanuni prosedurlardan keçmiş gənc alimlərin vəziyyətini süni surətdə ağırlaşdırır. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VII bəndində deyilir:

 

“Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.”

 

Təəssüf doğuran məqamlardan bir də odur ki, AAK Rəyasət Heyəti vətəndaşların hüquqlarını pozan və vəziyyətlərini ağırlaşdıran  qeyri-qanuni Qərarına  hüquqi don geyindirmək üçün hər bənddə “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla” ifadəsini təkrar edir. Əgər bizə Sizin köməyiniz olmasa, problemin nə vaxtsa qanuni yolla həll olunmasını düşünmək çətindir.

 

Möhtərəm cənab Prezident!

 

Biz, aşağıda imza edənlər AAK-nın Rəyasət Heyətinin Prezident Fərmanına və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun gəlməyən, elmin inkişafını stimullaşdırmayan, mövcud qanunvericiliyə uyğun qanuni prosedurlardan keçmiş tədqiqatçıların vəziyyətini süni surətdə ağırlaşdaran 13 dekabr 2019-cu il 13-R nömrəli qərarı ilə pozulmuş hüquqlarımızın bərpasına kömək etməyinizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün vicdanlı elm adamları və ümumən ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən sonsuz minnətdarlığımızı bildiririk.

 

Dərin hörmətlə,

Ağayeva Mənsurə Tiflis qızı – BDU;

Alıyev Xətai Şahin oğlu – ADİU;

Aliyeva Ülviyyə Xaliqverdi qızı – BDU;

Almaz Həsrət İsmayıl qızı – ARTİ;

Babayev Elvin Əliyar oğlu – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu;

Bağırova Nigar Xanlar qızı – ADU;

Cahangirli Təbərrük Fərrux qızı – ADU;

Cəfərova Anzulə Pərviz qızı – BDU;

Cəfərzadə  Vüsalə Nofəl qızı – BDU;

Eyvazov  Pərvin Eyvaz oğlu – BDU;

Əhmədova Xəyalə Ramiz qızı – ATMU;

Əhmədova Sevinc İslam qızı – ADPU;

Əhmədova Zəhra Mirzəağa qızı – BDU;

Ələskərova Yeganə İlyas qızı – BDU;

Əliyev İlham Baxış oğlu – BDU;

Əliyeva Günel Surxay qızı – BDU;

Əliyeva İradə Zülfəli qızı – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu;

Əliyeva Nəzrin Samir qızı – BDU;

Əmrahova Lianna Hüsü qızı – AMEA Nəsimi adına Dilçilik İnstitutu;

Əzimova Aidə Yaşar qızı – BDU;

Əzimzadə Yaqut Mustafa qızı – ARTİ;

Fətəliyeva Nərminə Arif qızı – Xəzər Universiteti;

Hacıyeva Ayğün Zahid qızı – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu;

Hüseynova Nailə İsmixan qızı – ADU;

Xanalıyeva Aysel Fazil qızı – BDU;

İbrahimova Dilbər Mustafa qızı – BDU;

İskəndərova Sevda Məlik qızı – BDU;

Kazımova Aytən Fizuli qızı – ADU;

Qasımov İlkin Çilingir oğlu – BMU;

Qasımova Nərmin İsa qızı – BSU;

Quliyeva Şəlalə Məhyəddin qızı – BDU;

Qurbanova Mətanət Qəhrəman qızı – ATRİ;

Qurbanova Rəna Oruc qızı – ATRİ;

Mehdizadə Gülşən Kamal qızı ­– ADPU (onkoloji xəstəlikdən əlil);

Mehraliyeva  Ülviyyə Tacir qızı – BDU;

Məmmədəliyeva Leyla Fərhad qızı – Azərbaycan Universiteti;

Məmmədova Sevil Eləsgər qızı – ADU;

Mikayılova Könül Vaqif qızı – ARTİ;

Milana Abbas Yunis qızı – Xəzər Universiteti;

Mirzəyeva Aytəkin Rəfi qızı – BDU;

Mollayeva Könül Rəşid qızı – ARTİ;

Muradova Şəfa Qüdrət qızı – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu;

Əhmədova Aygün Mədət qızı – GDU

Fil.e.d. Abbasov İ.Ə.

Fil.e.d., prof. H.M.Zərbəliyev

Rüstəmova Təranə Saleh qızı – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu

Abbasova Elnurə Alim qızı – AMEA Nəsimi adına Dilçilik İnstitutu

Orucova Elnarə Məhərrəm qızı – ADPU;

Önemli Mehmet – ARTİ;

Rəcəbova Südabə Şəmsəddin qızı – AMEA Nəsimi adına Dilçilik İnstitutu;

Sərdarova Mehriban Nağı qızı – ADPU;

Sultanova Samirə Xəqani qızı – GDU;

Fərəcov Anar Tofiq oğlu – BDU

 

Tarix: 28.01.2020

 

Qeyd edək ki, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli qərarına əsasən 11 iyun 2018 – 11 iyun 2019-cu il aralığında ilkin müzakirədən keçmiş işlərdən başqa bütün dissertasiyalar yenidən ilkin müzakirədən keçirilməli, 11 iyun 2019-cu il tarixinədək elmi seminardan keçmiş hər bir dissertasiya işi isə yenidən seminardan keçirilməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür