Arxiv
29 Yanvar 2020, 13:35 | AKTUAL
Çingiz Qənizadənin seçiciləri ilə izdihamlı görüşləri - Fotolar

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə bu dəfə Beyləqan rayonunun ən böyük kəndlərindən biri olan Dünyamalılar kəndində görüş keçirib.

 

Modern.az xəbər verir ki, 3000-dən yuxarı seçicisi olan kənd sakinləri ilə görüşə Şəhidlər xiyabanını ziyarət etməklə başlayıb. Şəhidlər xiyabanını ziyarətdən sonra görüş zamanı deputatlığa namizəd Çingiz Qənizadə ölkədə gedən proseslər, kadr islahatları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın son illərdəki gördüyü işlərdən danışmış və seçicilərinə ətraflı məlumat verib.

 

Həmçinin, regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü il Dövlət Proqramı, eləcə də, özü və fəaliyyəti haqqında danışıb. Eyni zamanda, kənd üçün nəzərdə tutulmuş və layihələndirilmiş bir neçə məsələni seçicilərin diqqətinə çatdırıb. Həmçinin deputatlığa namizəd Çingiz Qənizadə ilə görüş zamanı keçmiş baş prokuror İxtiyar Şirinovun oğlu Hikmət Şirinovun adamları tərəfindən təxribat törədilməyə cəhdlər olub. Ancaq ziyalılar və gənclər həmin adamlara etiraz edərək onları görüş yerindən uzaqlaşdırıblar.

 

Görüş zamanı çıxış edən kənd sakinləri, ziyalılar Çingiz Qənizadə haqqında öz fikirlərini bildirərək fəaliyyətini müsbət dəyərləndiriblər. Kənddə bəzi həlli vacib olan məsələlərə kömək etməsini xahiş ediblər. Çingiz Qənizadə kəndin idman zalına, mədəniyyət klubuna baxış keçirib və bu yerlərin bərbad vəziyyətdə olmasının şahidi olub. Həmin yerlərin fotoşəkillərini çəkərək yenidən deputat seçiləcəyi təqdirdə bu məsələlərin həlli ilə bağlı yuxarı orqanların qarşısında məsələ qaldıracağına söz verib. Eyni zamanda, deputatlığa namizəd yeni tikilən 1 nömrəli Dünyamalılar kənd orta məktəbinin binasına məktəb direktoru və müəllimlərlə birgə baxış keçirib. Müəllimlər vaxtilə məktəbin bərbad vəziyyətdə olması ilə bağlı Çingiz Qənizadənin qaldırdığı, eləcə də, cənab prezidentin təşəbbüsü ilə Prezident Fondundan ayrılan vəsait hesabına inşa edilmiş məktəbə görə təşəkkürlərini söyləyiblər.

 

Sonda Çingiz Qənizadə bəzi seçiciləri fərdi qəbul edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırır 25 Fevral 2020, 00:52 Bakıxanovda piyadanı vuran sürücü qaçdı 25 Fevral 2020, 00:36 "Rövşənin öldürdüyü" deyilən qətllərin arxasından bu ad çıxdı 25 Fevral 2020, 00:21 Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur 25 Fevral 2020, 00:03 Daha bir ölkədə koronavirus aşkarlandı 24 Fevral 2020, 23:50 Şəkidə biri azyaşlı olmaqla 4 nəfəri it dişləyib 24 Fevral 2020, 23:33 Azərbaycan nefti ucuzlaşıb 24 Fevral 2020, 23:19 Xırdalanda 18 yaşlı gənc bıçaqlandı 24 Fevral 2020, 23:03 Ağ Ev Konqresdən koronavirusa görə 1 milyard dollar istəyəcək 24 Fevral 2020, 22:39 Şəhid İbrahim Vəliyevin cənazəsi  Zərdaba gətirildi -  VİDEO 24 Fevral 2020, 22:16 Madər Musayevin dairəsi ilə bağlı şikayət təmin edilmədi 24 Fevral 2020, 21:57 İranda koronavirusdan ölənlərin sayı artdı 24 Fevral 2020, 21:53 Ləman Ələşrəfqızının şikayəti əsasında 3 məntəqədə nəticə ləğv edildi 24 Fevral 2020, 21:36 Abşeronda 64 yaşlı qadın dənizdə batdı 24 Fevral 2020, 21:24 Ucar Seçki Dairəsində iki məntəqənin nəticələri ləğv edildi 24 Fevral 2020, 21:11 İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi 24 Fevral 2020, 21:01 Sumqayıtda marşrut avtobuslarında pulsuz Wi-Fi quraşdırıldı 24 Fevral 2020, 20:46 Daha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildi 24 Fevral 2020, 20:29 MSK Azər Qasımlının şikayətini təmin etmədi 24 Fevral 2020, 20:24 AzTV-nin gənc aparıcısı sədr müavini TƏYİN OLUNDU 24 Fevral 2020, 20:06 Yeni baş direktor Əkbər Hacıyevin kadırını işdən çıxardı 24 Fevral 2020, 20:00 Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərar VERİLDİ 24 Fevral 2020, 19:41 Ceyhun Məmmədovun dairəsində bir məntəqənin nəticələri ləğv olundu 24 Fevral 2020, 19:32 MSK sədri: “Məzahir Pənahovun yanında Stalin toya getməlidir” 24 Fevral 2020, 19:23 Nigar Arpadarainin dairəsində ləğv edilən məntəqələrinin sayı 7-yə ÇATDI 24 Fevral 2020, 19:14 Bəzi şagirdləri məktəbə buraxmadılar 24 Fevral 2020, 19:05 Məzahir Pənahov: “Əsgərlərin hamısının eyni namizədə səs verməsinin səbəbini deyə bilmərik” 24 Fevral 2020, 18:56 Daha bir ərəb ölkəsində koronavirus aşkarlandı   24 Fevral 2020, 18:47 MSK Naqif Həmzəyevin dairəsini ARAŞDIRACAQ  24 Fevral 2020, 18:39 Heydər Əliyev Fondu aktyorun müalicəsini üzərinə götürdü 24 Fevral 2020, 18:36 MSK Rauf Əliyevin dairəsi ilə bağlı şikayəti RƏDD ETDİ   24 Fevral 2020, 18:28 Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydı 24 Fevral 2020, 18:25 Bakıda sevgililər dəm qazından boğularaq öldü 24 Fevral 2020, 18:21 MSK-dan Nizami Cəfərovun dairəsi ilə bağlı QƏRAR - məntəqə ləğv edildi 24 Fevral 2020, 18:20 Yaranışın yeni formuluŞərq hikməti və ya “Mühəndislik fəlsəfəsi” 24 Fevral 2020, 18:14