Arxiv
29 Yanvar 2020, 16:28 | AKTUAL
UNEC-lə Paşa Bank əməkdaşlıq edəcək - FOTO

UNEC-də ölkənin ən aparıcı banklarından olan Paşa Bankla əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Paşa Bankın İdarə Heyətinin sədri və icraçı direktoru Taleh Kazımov, bankın aparıcı mütəxəssisləri və universitetin professor-müəllim heyəti iştirak edib.

 

Rektor Ədalət Muradov UNEC-in Paşa Bankla əməkdaşlıq edəcəyindən məmnunluğunu bildirərək, universitetdə real iqtisadiyyatın çağırışlarına cavab verən mühitin yaradılmasına ehtiyac duyulduğunu deyib. Tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin də öyrədilməsinin vacibliyindən danışan rektor, bu istiqamətdə real sektorla əməkdaşlıq etməyin və birgə tədris proqramlarının həyata keçirilməsinin faydalı olacağını vurğulayıb.

 

Rektor rəqəmsal iqtisadiyyatın ali təhsil müəssisələri qarşısında qoyduğu tələblərdən də danışıb. Bildirib ki, rəqəmsallaşma yüksəkixtisaslı mütəxəssis hazırlamağı və məzunların iqtisadiyyatın və işəgötürənlərin tələblərinə cavab verməsini şərtləndirir.

 

İdarə Heyətinin sədri Taleh Kazımov ölkənin ən böyük maliyyə institutlarından olan Paşa Bankın əsas hədəflərindən danışıb. Hər bir cəmiyyətin əsas sərmayəsinin insan kapitalı olduğunu deyən T.Kazımov Paşa Bankın uğurlu gənclərin yetişməsinə daim dəstək olduğunu bildirib.  Bank rəhbəri bu istiqamətdə UNEC-lə əməkdaşlığın böyük fürsət olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.  

 

Çıxışlardan sonra rektor Ədalət Muradov və Paşa Bankın İdarə Heyətinin sədri Taleh Kazımov əməkdaşlıq memorandumunu imzalayıblar. Sənədə əsasən,  UNEC və Paşa Bank arasında təhsil, elm proqramlarının həyata keçirilməsi, biznes proseslərində təhsil (elm) və informasiya texnologiyalarına innovasiya nailiyyətlərinin tətbiqi, innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, təhsil və bank xidmətləri sahəsində müasir texnologiyaların və elmi inkişafların istifadəsi, birgə seminar, treninq, konfransların təşkili, tələbələrin bankda təcrübə keçməsi nəzərdə tutulub.

 

Tədbirdən sonra rektor Ədalət Muradov Paşa Bankın nümayəndələrini UNEC Externlə tanış edib. Rektor distant təhsil verən mərkəzin üstünlükləri, imkanları barədə qonaqlara geniş məlumat verib. Paşa Bankın İdarə Heyətinin sədri Taleh Kazımov və bankın əməkdaşları UNEC-in 24/7 kitabxanasında da olub, buradakı yeniliklərlə maraqlanıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir 19 Fevral 2020, 14:15 Dairə Seçki Komissiyasının sədri komaya düşdü 19 Fevral 2020, 14:09 Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:03 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı 19 Fevral 2020, 13:30 İranda koronavirus aşkarlandı 19 Fevral 2020, 13:24 Şəmkirdə xeyli sayda silah-sursat tapıldı 19 Fevral 2020, 13:18 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42 BMU-nun tələbəsi Almaniyanın Koblenz Universitetinə təcrübə keçəcək   19 Fevral 2020, 12:35 Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - FOTO 19 Fevral 2020, 12:29 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib - FOTO 19 Fevral 2020, 12:22 PA-nın şöbə müdiri parlament seçkilərindən yazdı: “Geriyə dönmək artıq mümkün deyil” 19 Fevral 2020, 12:15 Nailə Mirməmmədliyə BDU-da vəzifə verildi 19 Fevral 2020, 12:08 Gəncədə müzakirələr: Regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi - FOTOLAR         19 Fevral 2020, 12:02 Prezident Administrasiyasına bu məhkəmələrdən şikayətlər artıb - SİYAHI 19 Fevral 2020, 11:56 Məktəblilərə siqaret satanlar cərimələndi 19 Fevral 2020, 11:50 Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var 19 Fevral 2020, 11:44 Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq - YENİLİKLƏR 19 Fevral 2020, 11:38 Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək 19 Fevral 2020, 11:32 “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması çətin məsələ deyil” - MÖVQE 19 Fevral 2020, 11:31 Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var 19 Fevral 2020, 11:28 Polis 25 cinayətin üstünü açdı 19 Fevral 2020, 11:22 Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirliklər - TAM SİYAHI 19 Fevral 2020, 11:15 Almaniya səfiri: “Azərbaycanla ortaq mədəniyyət mərkəzləri yaradılacaq” - VİDEOMÜSAHİBƏ 19 Fevral 2020, 11:08 “BakuBus”ın sürücüsü  noutbuku sahibinə qaytardı 19 Fevral 2020, 11:02 Şagirdlər arasında V İngilis dili olimpiadası keçiriləcək 19 Fevral 2020, 10:56 Koreyada oxumaq istəyənlərin nəzərinə 19 Fevral 2020, 10:50