Modern.az

Heyvan kəsimi məntəqələrində reydlər 

Heyvan kəsimi məntəqələrində reydlər 

29 Yanvar 2020, 17:55

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qaradağ və Sabunçu rayonlarında qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində keçirdiyi reydin nəticəsini açıqlayıb.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, AQTA əməkdaşları Qaradağ və Sabunçu rayon İcra Hakimiyyətləri nümayəndələri və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Sabunçu rayonu, Zabrat ŞTQ-də qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində antisanitar vəziyyət və qanunsuz heyvan kəsiminə qarşı reyd keçiriblər. Reyd zamanı kəsim sahələrinə baxış keçirilib.

 

Müəyyən edilib ki, bu ünvanlarda fəaliyyət göstərən ət satışı mağazalarında antisanitar vəziyyət və baytarlıq ekspertizası aparılmadan ətlərin satışı həyata keçirilir. Bununla əlaqədar olaraq sahibkarlıq subyektlərinə məxsus qeyri-qanuni fəaliyyət göstərən ət satışı mağazalarında və yol kənarlarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir konustruksiyalı qurğular yerli icra orqanlarının əməkdaşları tərəfindən ləğv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır