Modern.az

Tam yenilənmiş “Nissan Sunny” artıq Azərbaycanda - FOTO

Tam yenilənmiş “Nissan Sunny” artıq Azərbaycanda - FOTO

3 Aprel 2012, 18:01


Dünya dəyişir. Həyat sizin üçün günü-gündən daha da mükəmməlləşir. Siz artıq daha çox şey istəyirsiniz, həm də dərhal istəyirsiniz. Bəlkə də bu yeni “Nissan Sunny” ilə görüş vaxtının gəlməsi deməkdir. Dahi ənənələrin sonuncu nəsli. Həmişə olduğu kimi etibarlı. Daha rahat və heç olmadığı qədər də genişdir. Artıq siz arxa oturacaqda oturaraq istirahət edəcək, tam rahatlanacaq və gəzintidən zövq alacaqsınız.

Tam yeni “Nissan Sunny” bütün problemlərinizə intellektual həll yolları təklif edir.
Belə ki, interyerinin və yük bölümünün genişliyi, təhlükəsizliyi və yanacağa qənaəti, arxa radar park sistemi və arxa görüntü güzgüləri, Bluetooth® və audio sistemli sükan çarxı sayəsində “Nissan Sunny” sizə arxa hissəni rahat görməyə imkan verəcək. Beləliklə, siz rahat idarəetmədən daima zövq alacaqsınız.

1.5-lt-lik, 99 a.g., malik, fırlanma momenti 13.7 kg-m@4000dövr/dəqiqə, 4-silindirli DOHC mühərrik. O çox effektivdir. O çox maraqlıdır.

Dinamik performansı sayəsində tam yeni “Nissan Sunny” ilə yolların sizə hazırladığı bütün sürprizlərə hazır olacaqsınız. Sadəcə bir baxış və siz anlayacaqsınız ki, bu sizin fikirləşdiyiniz və tanıdığınız “Sunny” deyil. Vaxtınızı hər bir detaldan həzz almağa həsr edin. Biz bilirik siz nə düşünürsünüz. Tam yeni “Nissan Sunny” modelini gözləməyə dəyərdi.

Usta dəqiqliyi ilə işlənmiş kənar xətlər həyəcanverici təkmilləşmənin nəticəsidir. “Sunny”nin ümumi görünüşünə enerji gətirən elementlərdən biri də arxa işıqlarıdır. Xromlu radiator barmaqlıqları və yenilənmiş qapı tutacağı görünüşünə “Nissan Sunny” modelinin yeni dizaynı yalnız göz oxşamır, eyni zamanda havanızın ahəngini təmin edir. Bu, təkmilləşmiş performans və səssiz idarəetmə deməkdir. Bamper hissəyə inteqrasiya olunmuş fənərlər duman şəraitində əlavə işıqlandırmanı təmin edir. “Nissan Sunny” modelinin hava axınını ahənglə idarə edən və yerə sıxılma gücünü artıran arxa spoyleri ona idman üslubu görünüşü bəxş edir. O avtomobilin rənginə tam uyğun boya ilə rənglənib. (SL modifikasiyası) 175/60R15 ölçülü geniş şinlər, yüngül alüminium xəlitəsindən hazırlanmış diskləri ilə yol örtüyü ilə təması artırır və “Sunny” modelinin mükəmməl üslubunu da daha da zənginləşdirir. (SL modifikasiyası)

Ultrasəs texnologiyası sayəsində artıq park etmə daha rahat oldu. Yan qapılar üzərində arxa görüntü güzgülərinin dönmə siqnalları “Sunny” modelinə özünəməxsus üslub verməklə bərabər, həm də təhlükəsiz idarəetməni təmin edir.

Tam yeni “Nissan Sunny” öz seqmentində ən böyük salon və geniş arxa ayaq yeri sahəsinə malikdir. 490 litr həcmə malik, seqmentində ən geniş yük yeri sayəsində, tam yeni “Sunny” ilə istədiyiniz hər bir əşyanı özünüzlə götürə bilərsiniz. Yeni “Sunny” seqmentində yeganə modeldir ki, arxa ventilyator ilə təchiz olunub.

Yolda sizə lazın olan əşyaları və ləvazimatları Sunny “modelinin” geniş salonundakı əlverişli kiçik yük bölməsi sayəsində əl altında saxlaya bilərsiniz. İkiqat ön təhlükəsizlik yastıqları arzu edilməyən qəzalar nəticəsində, travmaların qarşısını almaq və ya ağır travma alma riskini azaltmağa yardım edəcək. “Sunny” modelinin ABS sistemi sizə özünə əminlik və təhlükəsizlik hissi bəxş edəcək. Təkmilləşdirilmiş əyləc sistemi sayəsində əyləc daha tez hərəkətə gələcək və avtomobiliniz əyləc məsafəsini daha tez zamana qət edəcək. Sərnişin və ya yüklə əlavə yüklənməni müvazinətləşdirmək üçün əyləc yolunu qısaldır, əyləcin gücünü düzgün tənzimləyir.

İnsan həyatının zənginləşdirilməsi “Nissa”n üçün hər şeydən öndədir. Tıxacda qalmağınızdan və ya sevdiyiniz marşrutla hərəkət etməyinizdən asılı olmayaraq, “Sunny” sizin həyatınızı daha yaxşı və daha asan edəcək. Sizə lazım olan bütün önəmli məlumatlar: xidmət intervalı, orta və ani yanacaq tükətimi haqqında məlumatlar artıq barmağınızın ucundadır. AM/FM/CD/MP3 səs diapazonlu və 4 dinamikli və AUX Jack. sistemi (SL və SV+Comfort paketi) funskiyası məsafədən həm yük bölməsinin açılmasına imkan yaradır, həm vaxtınıza qənaət edir, həm də tam təhlükəsizliyi təmin edir. (SL və SV modifikasiyası) Hands-free Phone System Bluetooth sistemi sayəsində “Nissan Sunny” Sizə əlinizi sükandan çəkmədən rabitə bağlantısı qurmağa imkan verir. Belə ki, zəng etmək və ya zəng qəbul etmək yalnız sükan çarxında olan bir düymənin basılması sayəsində mümkün olacaqdır.

Ətraflı məlumatı Nissan salonlarından və www.nissan.az saytından, həmçinin www.facebook.com/NissanAzerbaijan səhifəsindən əldə edə bilərsiniz.

NISSAN getdiyin yolları_DƏYİŞ

“Nurgün Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət, Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlarından alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilib.

“Nurgün Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülüb.

Əlavə məlumat üçün ünvanlar və telefonlar:
Ünvanlar: Bakı şəhəri, Babək pr-ti 41, Salamzadə küç.2 (Nəqliyyat Nazirliyinin yanı)
Tel.: (+99412) 430 81 41, 448 38 38
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon: (+994 22) 256 57 00
Şəki şəhəri, M.Ə.Rəsulzadə küç.2
Telefon: (+994 44) 277 13 97
Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon: (+994 25) 254 24 18
E-mail: [email protected]
Rəsmi sayt: www.nissan.az
Facebook səhifəsi: www.facebook.com/NissanAzerbaijan

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?