Modern.az

Şəmkirlilər Kamran Bayramovu dəstəkləyir - Fotolar

Şəmkirlilər Kamran Bayramovu dəstəkləyir - Fotolar

1 Fevral 2020, 15:21
 

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Kamran Bayramovun görüşləri davam etməkdədir.

 

Modern.az xəbər verir ki, Kamran Bayramov seçkiqabağı təşviqatını Şəmkir rayonunda davam etdirib, Qapanlı kəndinə gəlib. Bu zaman kənd sakinləri onu mehribanlıqla qarşılayıblar, xeyli söhbətləşib, təşviqatını da aparıb.

 

Həmçinin deputatlığa namizəd Qapanlı kəndini gəzib, küçələrdə ona rast gələn sakinlərlə danışıb, seçkilərdə iştirak etməyə və səsvermə günü YAP-ın namizədinə səs verməyə çağırıb, qapıları da döyüb, bu kəndə xas olan yüksək qonaqpərvərliyin şahidi də olub.

 

Kamran Bayramovun Şəmkir rayonunun seçkiqabağı təşviqat apardığı növbəti yaşayış məntəqəsi Mahmudlu kəndi olub. Kəndə daxil olan kimi küçələrə çıxıb, qapıları döyüb, seçicilərlə görüşüb, xeyli söhbət edib, seçki günü mahmudluların fəal olacağına, Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəyinə tam əmin olub. Var olsunlar!

 

Mahmudlu kəndində küçələri gəzərkən evlərdə qonaq olmaq üçün çoxsaylı dəvətlər alıb, masalar arxasında çay içərək təşviqatını aparıb, kəndin problemlərini müzakirə edib, uğurlar arzulayıb, kənddən olduqca xoş təəssüratlarla ayrılıb

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!