Modern.az

Üç şəhər və rayonda pensiyalar köçdü - artımlarla birgə

Üç şəhər və rayonda pensiyalar köçdü - artımlarla birgə

8 Fevral 2020, 16:55

Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan bütün pensiyaçılara pensiyalar artımlarla birgə köçürülüb.

 

Bunu Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

 

O, qeyd edib ki, vətəndaşlar artıq pensiyalarını ala bilərlər:

 

"Pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla ödənilib. Digər şəhər və rayonlar üzrə pensiyalar, hər ay olduğu kimi qrafikə uyğun olaraq ödənəcək".

 

Nazirlik rəsmisi xatırladıb ki, Prezident İlham Əliyevin 6 fevral 2020-ci il tarixli Sərəncamı ilə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ