Arxiv
12 Fevral 2020, 11:39 | TƏHSİL
Ramiz Mehdiyev AMEA-nın yeni strukturunu TƏSDİQLƏDİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin apardığı genişmiqyaslı struktur islahatları çərçivəsində AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib.



Modern.az xəbər verir ki, bu məqsədlə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının yeni təsdiq edilmiş struktur rəhbərlərini qəbul edib.



Akademik Ramiz Mehdiyev ölkə rəhbərliyi tərəfindən aparılan islahatları yüksək dəyərləndirərək bu istiqamətdə Akademiya qarşısında qoyulan vəzifələrdən danışıb, son aylarda AMEA Rəyasət Heyətində aparılan struktur islahatlarının nəticələrini diqqətə çatdırıb. Qeyd edib ki, Akademiya alimləri ölkədə aparılan yeni quruculuq işlərinə səmərəli fəaliyyəti və elmi tədqiqatları ilə öz əməli töhfələrini verməlidirlər. Dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunan bütün sahələr kimi AMEA da yüksək nailiyyətlər əldə etməli, xüsusilə innovativ layihələrin icrasına diqqət yetirməlidir. Bir sıra struktur islahatlarının bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələri qarşısında duran vəzifələrdən, onların əhəmiyyətindən bəhs edib. AMEA aparatının struktur rəhbərlərini təbrik edən akademiya rəhbəri yeni mərhələdə aparat əməkdaşlarına uğurlar arzulayıb, onlara müvafiq tapşırıqlarını verib.



AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov çıxış edərək idarə və şöbələrin yeni mərhələnin çağırışlarına uyğun fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib. AMEA Rəyasət Heyəti aparatının rəhbəri kimi Əminağa Sadıqov struktur vahidlərinin işinin daha da təkmilləşdirilməsinə çalışacağını bildirib.



Yeni təsdiq edilmiş idarə və şöbə rəhbərləri adından Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov çıxış edərək AMEA-nın yeni inkişaf mərhələsində daha səylə fəaliyyət göstərəcəyini deyib. O, yüksək etimada görə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını ifadə edib, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirəcəklərini diqqətə çatdırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər” – Deputat AÇIQLADI 5 Aprel 2020, 10:00 Qarabağ cəbhəsində gərginlik - pulemyotlar işə düşdü 5 Aprel 2020, 09:53 Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü 5 Aprel 2020, 09:43 Azərbaycanda ən çox koronavirus yayılan bölgələrin deputatları: Vəziyyət hələ ki, həyəcanlı deyil 5 Aprel 2020, 09:39 Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 138-ə yüksəlib 5 Aprel 2020, 09:23 Suriyada terrorçular 8 dinc sakini öldürüb 5 Aprel 2020, 09:17 Neftin son qiyməti daha çox bu ölkələri silkələyəcək - Siyahı 5 Aprel 2020, 09:13 Tramp neft idxalına rüsum tətbiq edə bilər 5 Aprel 2020, 09:06 UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi 5 Aprel 2020, 08:59 Bakı sakininin başına dəmir qapı düşdü 5 Aprel 2020, 08:53 Meksikada 79 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 08:46 "Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp   5 Aprel 2020, 08:40 Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub 5 Aprel 2020, 08:34 Rusiyada cinayətkar 5 qonşusunu öldürdü 5 Aprel 2020, 08:26 Moskvada daha iki nəfər koronavirusdan ölüb 5 Aprel 2020, 08:22 Almaniyada koronavirusa yoluxanların sayı 90 min nəfəri keçib 5 Aprel 2020, 08:15 Koronavirusa görə 130 polis karantinə alındı 5 Aprel 2020, 00:58 ABŞ-da 300 915  nəfər koronavirusa yoluxdu 5 Aprel 2020, 00:39 Xaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir” 5 Aprel 2020, 00:18 Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR 5 Aprel 2020, 00:00 Gürcüstanda 162 nəfər koronavirusa yoluxub 4 Aprel 2020, 23:47 Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır 4 Aprel 2020, 23:36 Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu 4 Aprel 2020, 23:18 Dibala yenidən koronavirusa yoluxdu 4 Aprel 2020, 23:05 Türkiyədə koronavirusdan daha 76 nəfər öldü 4 Aprel 2020, 22:53 Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib 4 Aprel 2020, 22:35 Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcək 4 Aprel 2020, 22:23 Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı 4 Aprel 2020, 22:11 Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03 Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ 4 Aprel 2020, 21:56 Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30 Sahibkarlara vergi stimulları və tətilləri veriləcək 4 Aprel 2020, 21:23 200 min isşizə birdəfəlik ödəniş veriləcək 4 Aprel 2020, 21:16