Modern.az

İşgəncə verilən uşağın atası: “Oğlum zəng elədi ki, dədə, məni şişlə dağlayıblar”

İşgəncə verilən uşağın atası: “Oğlum zəng elədi ki, dədə, məni şişlə dağlayıblar”

12 Fevral 2020, 18:56

Bərdədə məskunlaşan məcburi köçkün Rafiq Dünyamalıyev azyaşlı oğlunun Tərtərin Azad Qaraqoyunlu kəndində yaaşayan qayananasıgilldə olarkən şişlə yandırıldığını iddia edir. Qarşı tərəf isə iddianı qəbul etməyərərk bunu böhtan adlandlırır.

 

Modern.az-ın məlumatına görə, Bərdənin Soğanvedilər kəndində məskunlaşan məcburi köçkün Rafiq Dünyamaliyev iddia edir ki, onun 9 yaşlı oğlu Telman anasıgildə olarkən müxtəlif işgəncələrə məruz qalıb.

 

Qarşı tərəf isə bunu atanın aliment ödəməməyə görə söylədiyini bildirir. Rafiq Dünyamalıyev xeyli müddət əvvəl anası evinə gedən həyat yoldaşının istəyi ilə oğlunu Tərtərin Qaraqoyunlu kəndinə - qayınanasıgilə göndərdiyini deyir.

 

Onun bildirdiyinə görə, azyaşlı uşağa orda işgəncələr verilib:

 

“Oğlum zəng elədi ki, dədə, məni şişlə dağlayıblar. Getdim baxdım ki, şişlə uşağın əllərini, ayaqlarını şişlə dağlayıblar. 8-9 aydı olub. Amma istəmirdim açıqlayım”.

 

Tərtərin Qarayonlu kəndində azyaşlı uşağın dayısı - Pərviz Ələsgərov isə bu məlumatın böhtan olduğunu iddia edir:

 

“Mən ona zəng edlədim ki, gəl uşağını apar, saxla. O da alimentin dərdindən , bu yandırma məsələsini qaldırdı. Apardı verdi məhkəməyə ki, borclu çıxarsın. məhkəmədə aliment verməsin.”

 

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir