Modern.az

Dəhşətli virusun müalicə üsulu TAPILDI

Dəhşətli virusun müalicə üsulu TAPILDI

14 Fevral 2020, 08:11

Çin həkimləri tərəfindən tətbiq olunmuş plazmanın köçürülməsi metodikası COVID-19 koronavirusuna yoluxmuş pasiyentlərin müalicəsində effektivliyini sübut edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə yerli həkimlərə istinadən “Sinxua” agentliyi xəbər verib.

 

Uhan Xəstəxanasının rəhbəri Çjan Dinyu keçirdiyi mətbuat konfransında müalicənin yeni metodunun effektivliyi haqqında bildirib.

 

Ekspertlər izah ediblər ki, xəstəlikdən sağalmış bəzi insanların orqanizmində anticismlər (orqanizmdə yad cismlər, bakteriyalar - red) aşkarlanıb. Məhz anticismlər koronavirusla mübarizəyə kömək edirlər.

 

Xatırladaq ki, Hubey əyalətində koronavirusa yoluxan 242 nəfər ölüb. Yeni yoluxma hallarının sayı artaraq 14 840 nəfər olub. Virusa yoluxanların sayı 48 min nəfərdən çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu